Icma.az
close
up
RU
Suriya 14 ildən sonra ilk dəfə SWIFT vasitəsilə tranzaksiya həyata keçirib

Suriya 14 ildən sonra ilk dəfə SWIFT vasitəsilə tranzaksiya həyata keçirib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 iyun, AZƏRTAC

Suriya 14 illik vətəndaş müharibəsindən sonra ilk dəfə beynəlxalq bank əməliyyatını SWIFT sistemi vasitəsilə həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Əbdülqadir Xusrie cümə axşamı günü bəyan edib. Onun sözlərinə görə, bu addım Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiya olunmaq səylərində mühüm mərhələdir.

Mərkəzi Bank rəhbəri Dəməşqdə “Reuters” agentliyinə verdiyi açıqlamasında bildirib ki, bazar günü Suriya bankından İtaliyaya birbaşa kommersiya əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, yaxın həftələrdə ABŞ bankları ilə də əməliyyatlara başlanması gözlənilir.

“Bundan sonra bu cür əməliyyatlar üçün qapı artıq açıqdır”, – deyə o bildirib.

Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar səbəbindən Suriya bankları vətəndaş müharibəsi dövründə dünya maliyyə sistemindən faktiki olaraq təcrid edilmişdi.

Suriya beynəlxalq əlaqələri bərpa etmək üçün bir sıra addımlar atıb. Bu prosesin kulminasiya nöqtəsi isə keçid dövrü Prezidenti Əhməd əl-Şəara ilə ABŞ Prezidenti Donald Tramp arasında Ər-Riyadda keçirilən may görüşü olub. Həmin görüşdən sonra ABŞ Suriya ilə bağlı sanksiyaların əhəmiyyətli hissəsini yumşaldıb, lakin Konqresdə bəzi şəxslər sanksiyaların tamamilə ləğv edilməsini tələb edirlər. Avropa da iqtisadi sanksiya rejiminin başa çatdığını elan edib.

BMT-nin məlumatına görə, müharibədən çıxmış Suriyanın iqtisadiyyatını bərpa etmək və əhalinin əksəriyyətinin yaşadığı yoxsulluqdan çıxması üçün ölkə Qərb maliyyə institutları vasitəsilə böyük məbləğdə vəsait transferlərinə ehtiyac duyur. Hazırda ölkə əhalisinin on nəfərindən doqquzu yoxsulluq içində yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri