Suriya: Əsəd əksini düşünürdü, amma biz Rusiya ilə razılaşdıq!
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra da Suriyanın daxili və xarici siyasəti ilə bağlı açıqlamalarında Bəşər Əsədin adını çəkib.
Turkustan.az xəbər verir ki, Kəsra Suriyanın keçid dövrünün prezidenti Əhməd Şəranın yanvarın sonunda Rusiya nümayəndə heyəti ilə keçirdiyi görüşdə Bəşər Əsədin məsuliyyətini gündəmə gətirdiyini ifadə edərək, "Əsəd bizim ruslarla anlaşmamızın mümkün olmadığını düşünərək Rusiyaya getdi"-deyə, bildirib.
Rusiyanın Hmeymim və Tartusdakı hərbi bazalarının gələcəyinin Suriyanın maraqlarına uyğun olaraq həll ediləcəyini bildirən Kasra, “Siyasətdə daimi düşmənçilik yoxdur” deyib. O, Rusiya ilə münasibətlərin yeni anlayışla həll olunacağına işarə edib.
Suriya Ordusunda birliyi təmin etmək üçün addımlar atacağını bildirən Suriya rəhbərliyi də hərəkətə keçib. Kəsranın açıqlamalarına görə, 100-ə yaxın silahlı qrup orduya qoşularaq fəaliyyətlərini dayandırıb.
Nəhayət, Əbu Kəsra ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun da müzakirə olunacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Fevral 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















