Suriya hökuməti: Türkiyə ilə strateji əməkdaşlıq tərəfdarıyıq
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, Suriyanın yeni rəhbərliyi Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib.
Dəməşqdə hakimiyyətə gəlmiş silahlı qrupların lideri, Əbu Məhəmməd Əl Culani adı ilə tanınan Əhməd Əş Şaraa Türkiyənin "Yeni Şafak" nəşrinə müsahibəsində belə bir məlumat verib. O deyib: "Türkiyə ilə strateji münasibətləriiz olacaq. Yeni Suriya dövlətinin yaranması məsələsində Türkiyənin bir çox prioritetləri var. Qarşılıqlı kommersiya əlaqələrimiz olacaq. Türkiyənin öz iqtisadi inkişaf təcrübəsini Suriyaya öyrədəcəyinə inanırıq".
Aş Şaraa 2011-ci ildə Suriyanı tərk eləiş sakinlərin yarısının vətənə qayıdacağına ümidvar olduğunu bildirib: "Suriyalılar bir çox ölkələrə pənah aparıblar. Ən çox suriyalı qaçqın qəbul edən, bizə ən çox hörmətlə yanaşan ölkə isə Türkiyə olub. Suriyanın bunu unutmayacağına ümid edirəm".
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində 2,9 milyondan bir qədər artıq suriyalı qaçqın var. Türkiyə Prezidenti R.T.Ərdoğan 1 milyon nəfərə yaxın qaçqının Suriyaya qayıdışını təmin etmək planını bəyan edib. Bəşər Əsəd hökumətinin devrilməsindən sonra suriyalılar Türkiyədən vətənə qayıtmağa başlayıblar.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















