Icma.az
close
up
RU
Suriya hökuməti YPG ni neytrallaşdıra biləcək?

Suriya hökuməti YPG ni neytrallaşdıra biləcək?

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 6-da Suriyanın Hələb əyalətinin şərqində ordu qüvvələri ilə SDQ/YPG terrorçuları arasında toqquşma yaşanıb. Şam TV-nin məlmatına görə, döyüşlərdə raket və artilleriya zərbələrindən istifadə olunub. Hökumət qüvvələri Rakka, Deyr əz-Zor və Hələb əyalətlərində SDQ-nin nəzarətində olan ərazilərə gedən yolları bağlayıb. Öz növbəsində, terrorçular da Deyr əz-Zor əyalətində Fərat çayının şərq və qərb sahillərini birləşdirən keçidlərə sədd çəkib.

Suriyanın SANA xəbər agentliyi məlumat yayıb ki, kürd yaraqlılardan ibarət Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının bölmələrinin Hələbin şimalındakı Əşrəfiyə və Şeyx Məqsud bölgələri ətrafında hökumət qüvvələri tərəfindən yaradılmış nəzarət-buraxılış məntəqələrinə atəş açması nəticəsində 3 əsgər və bir mülki şəxs həlak olub.

Qeyd edək ki, bundan əvvəl kürdlər Əşrəfiyə və Şeyx Məqsudda kütləvi etiraz aksiyaları keçirərək, hakimiyyətdən 500 min insanın yaşadığı kürd bölgələrində mühasirəni dərhal ləğv etməyi tələb ediblər. Onlar SDQ-ni Hələbin kürd əhalisini qorumağa çağırıblar.

Hələb vilayət rəhbəri Əzzam əl-Qərib bildirib ki, Daxili Təhlükəsizlik və Müdafiə Nazirliyinin qüvvələri vətəndaşların təhlükəsizliyini qorumağa çalışır və hərbi eskalasiya niyyətləri yoxdur.

O, Suriya ordusu ilə PKK/YPG qruplaşmasının üzvləri (özlərini "Suriya Demokratik Qüvvələri" adlandırırlar - red.) arasında yaşanan silahlı qarşıdurmanın terrorçular tərəfindən həyata keçirilən davamlı pozuntulardan sonra baş verdiyini bildirib.

Vilayət rəhbəri əlavə edib ki, müvafiq qurumlarla birbaşa əlaqə saxlanılaraq sahədəki hadisələr izlənilir. O, hökumətin səbir nümayiş etdirməyə və 10 mart razılaşmasına sadiq qalmağa çalışdığını, dialoq üçün hələ də imkanların açıq olduğunu vurğulayıb.

Əl-Qərib sakinləri bu gecə evlərində qalmağa və toqquşma bölgələrindən mümkün qədər uzaq durmağa çağırıb.

Nəhayət, sentyabrın 7-də Hələb vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində baş verən qarşıdurmalardan sonra atəşkəs razılaşması əldə olunub.

Bu barədə Suriyanın rəsmi xəbər kanalı “Əl-İxbariyyə”yə danışan bir rəsmi bildirib.

Qeyd edilib ki, SDQ ilə toqquşmalardan sonra tərəflər arasında atəşkəs qüvvəyə minib.

Eyni zamanda, Hələb valiliyi oktyabrın 7-dən etibarən şəhərdəki bütün dövlət və təhsil müəssisələrinin fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba isə dövlət televiziyasına verdiyi açıqlamada PKK/YPG hücumları nəticəsində 25 mülki şəxsin yaralandığını bildirib. Qarşıdurma zamanı bir jurnalistin də yüngül xəsarət aldığı qeyd olunub.

Qeyd edək ki, toqquşmalar səhər saatlarında Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə yerləşdirilmiş PKK/YPG snayperlərinin təhlükəsizlik qüvvələrinə aid məntəqələri hədəf alması ilə başlayıb. Axşama doğru vəziyyət daha da gərginləşib, qrup artilleriya və minaatanlarla yaşayış məntəqələrini atəşə tutub. Nəticədə onlarla ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Politoloq Elşən Manafovun fikrincə, hələ bu ilin martında Suriyanın şimal şərqində dislokasiya olunmuş və ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Quvvələrinin komandanı Əbu Məzdi ilə Suriya keçid hökumətinin başçısı Əhməd Əş Şəraa arasında əldə edilmiş razılığa əsasən silahı yerə qoyacaq kurd könulluləri Suriya ordusuna inteqrasiya olunacaq, yeni Suriya uğrunda mübarizədə keçid hökuməti ilə əməkdaşlıq edəcəkdilər. Lakin artıq bir neçə gündür ki, Aleppo ətrafında tərəflər arasında qanlı döyişlər yenidən başlayıb. Suriya Demokratik Quvvələrinin alyansı keçid hökumətindən onların Suriyanın şimal şərqində muxtariyyət hüquqlarının tanınmasını, habelə neftin istehsalı və paylaşdırılması ilə bağlı məsələlərdə müstəqilliklərinin tanınmasını tələb edir: “Bu isə keçid hökumətinin bəlli ərazilərdə suverenlik hüququnu müəyyən mənada şübhə altına qoyur. İstisna deyil ki, PKK-nın məlum qanadının Suriya keçid hökumətinə ünvanlanmış müraciətində Suriya probleminin çözülməsində rəsmi Ankaraya təzyiq etmək istəyən İsrailin maraqları var. O da maraqlıdır ki, Aleppo ətrafında qanlı döyüşlər Turkiyə prezidenti Ərdoğanın ABŞ-a rəsmi səfərindən bir qədər sonra bərpa olunmuşdur, buradakı kürd könüllü birləşmələri isə ABŞ-ın maliyyə və hərbi dəstəyi şəraitində döyüşürlər. İstisna etmək olmaz ki, bu yolla ABŞ da Qəzza məsələsində İsrailin maraqlarına uyğun hərəkət etməyən rəsmi Ankaranı "yola gətirmək", bölgənin geosiyasi perspektivi ilə bağlı məsələlərdə onu guzəştə sövq etmək istəyir”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri