Suriya hökumətinin sözçüsü İsraillə normallaşmanın şərtini açıqlayıb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Suriya prezidenti Əhməd əl-Şaraa administrasiyasının yüksək vəzifəli rəsmisi Əli əl-Rifai “KAN”a müsahibəsində deyib ki, Dəməşq regional sabitliyə sadiqdir və İsrail də daxil olmaqla bütün qonşuları ilə sülhə açıqdır.
Onun sözlərinə görə, Suriya regionda sülhün bərqərar olmasına çalışır. "Suriya müharibə istəmir", - Əli əl-Rifai əlavə edib.
“KAN”-ın bunun İsrailə aid olub-olmadığını soruşduqda o, “İstisnasız hamı ilə sülh” cavabını verib.
"Biz heç bir tərəfin Suriya torpaqlarına hücum etməsini istəmirik. Başqa sözlə, İsrail qüvvələri bu yaxınlarda ələ keçirdikləri ərazilərdən geri çəkilməlidir", - o, “KAN”-a deyib.
Əli ər-Rifai əlavə edib ki, indi İsrail öz öhdəliklərini yerinə yetirmək və 1970-ci illərdə Suriya ilə imzalanmış müqavilələrə hörmət etmək şərti ilə Suriya və İsrail arasında münasibətləri yaxşılaşdırmaq üçün tarixi fürsət yaranıb.
O, ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətindən danışaraq, bunun “böyük sevinc” olduğunu əlavə edib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















