Suriya ilə Hizbullah arasında gərginlik Kritik təpələr ələ keçirildi
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Suriya Ordusu Livan sərhədi yaxınlığındakı kritik təpələri nəzarətə götürdüyünü açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı Hizbullahla şiddətli toqquşmalar olsa da, Suriya qüvvələrinin Hizbullahı dəf etdiyi bildirilir.
Bunun üzərinə Suriya qüvvələri Livan ərazisinə daxil olaraq Hermel bölgəsindəki Havik qəsəbəsinə doğru irəliləyib.
Burada yüngül və orta ölçülü silahlarla intensiv toqquşma zamanı Hizbullah ünsürləri geri çəkilməli olub.
Livandakı mənbələr Haweek-in uzun illər Hizbullah tərəfindən silah və narkotik ticarəti üçün istifadə etdiyi strateji ərazi olduğunu bildirir.
Suriya Ordusu Hizbullahın hərəkətliliyini məhdudlaşdırmaq üçün bölgəyə artilleriya bölmələri yerləşdirib.
Digər tərəfdən Dəməşq rəhbərliyindən verilən açıqlamalarda Livan sərhədində nəzarəti bərpa etmək və qeyri-qanuni ticarətin qarşısını almaq üçün əməliyyatların davam etdiriləcəyi vurğulanıb.
Xatırladaq ki, sentyabr 27-də Livanın lideri Həsən Nəsrullahın öldürülməsi ilə pik həddinə çatan hücumlar Livandakı şiə təşkilatının gücünü itirməsinə səbəb olub.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















