Icma.az
close
up
RU
Suriya labirintdən çıxmağa çalışır

Suriya labirintdən çıxmağa çalışır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bunun üçün məqsəd və siyasi iradə ortaya qoyulub

Suriya inqilabının rəhbəri Əhməd aş Şaraanın Ankaraya rəsmi səfəri, burada apardığı müzakirələr, səsləndirdiyi bəyanatlar dünyanın əksər siyasi mərkəzlərində diqqətlə izlənilrərək araşdırılır. Regionda Türkiyənin liderliyi ilə dövlətlərarası münasibətlərin yeni modeli qurulur. Suriyaya bu prosesdə xüsusi yer ayrılıb.

Dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Əhməd aş Şaraa birgə keçirdikləri mətbuat konfransında bildiriblər ki, Türkiyə və Suriya xalqları öz əlaqələrini strateji müttəfiqlik səviyyəsinə yüksəltmək əzmindədir. Reallıq budur ki, tərəflər bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün qətiyyətli siyasi iradə ortaya qoyublar.

Bu gün planetimizdə yeni dünya nizamı formalaşır. Hazırda bu istiqamətdə kəskin tektonik proseslər baş verir. Yaxın Şərq xalqları da seçim qarşısındadır. Ya əvvəlki onilliklərdə olduğu kimi imperialist güclərin maraqlarına tabe olmalı, ya da özləri öz ölkələrinin inkişaf və tərəqqisinin qayğısına qalmalıdırlar. Ankara ikinci yolu təklif edir və bu, əlbəttə, şərəfli və qürurverici bir missiyadır.

Qərbdə hesab edirlər ki, Suriyada əhaliyə gün işığı verməyən qəddar Əsəd klanının süqutu Türkiyənin cızdığı ssenari üzrə həyata keçirilib. Bu, bir həqiqətdir ki, son illər Ankaranın bölgə xalqları dövlətlərinə təsiri artıb. Lakin Türkiyə hər bir tərəfdaşı ilə öz münasibətini qarşılıqlı inam və etimad əsasında qurur. Paralel xətlər heç vaxt kəsişmir. Türkiyə qonşuları ilə əlaqələrdə məhz bu prinsipdən çıxış edir.

Bu gün dünya, həqiqətən, çalxalanır. Kim güclüdür, özünü haqlı sayır və yalnız “mənim sözüm keçməlidir” deyir. Qərb dövlətləri bu gün də müsəlman şərqinə qarşı bölücü və sömürücü siyasət yürüdürlər. Amma Türkiyə öz xalqına rəva bildiyi və qoruduğu bəşəri dəyərləri, yəni sülhü, rifahı, tolerantlığı və ən başlıcası ədaləti qətiyyətlə zor və şərin artan təzyiqlərinə rəğmən müdafiə edir və bunu öz qonşularına da arzulayır.

2009-cu ildə ABŞ prezidenti Barak Oabamanın elan etdiyi bədnam “Ərəb baharı” layihəsi bölgə xalqlarına, eləcə də Suriya əhalisinə ağır məhrumiyyətlər gətirdi. Bu ölkənin 23 milyon əhalisinin, az qala, yarısı qaçqın və köçkünə çevrildi. 1 milyona yaxın insan həlak oldu. Onların çoxu uşaq, qadın və ahıllardır. Qərbin demokratiya ixracı, adətən, belə sonuclanır. Ya da Əfqanıstanın, İraqın və başqa müsəlman ölkələrinin acı taleləri düşür.

Bu gün Suriyanı yenidən qurmaq, dirçəltmək lazımdır. Bu çətin gündə Türkiyə dövləti qonşu ölkəyə hərtərəfli dəstəyini göstərir. Son 13 ildə iqtisadiyyatı və infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış Suriyada sabitliyi və rifahı təmin etmək heç də asan deyil. Prezident R.T.Ərdoğan isə bildirib ki, Ankara axıradək Suriya xalqının yanında olacaq. Türkiyə heç vaxt başladığı humanist missiyanı yarımçıq qoymur.

Yeri gəlmişkən, Suriya lideri Türkiyədən əvvəl Səudiyyə Ərəbistanında da səfərdə olub. Rəsmi Ər-Riyad Dəməşqə bu ölkənin bərpası üçün ciddi maliyyə dəstəyi vəd edib. Lakin ən böyük ağırlıq, təbii ki, ilk növbədə, Suriya xalqının və dövlətinin üzərinə düşəcək. Suriya iqtidarı müdrik daxili və xarici siyasət yürütməli, ölkəsinin gələcək tərəqqisinin etibarlı bünövrəsini qurmalıdır.

Suriyaya xaricdən və daxildən təzyiqlər çoxdur. Ölkə hələ ərazi bütövlüyünü tam təmin edə bilməyib. Şimalda PKK-nın dəstəklədiyi kürd separatçıları hələ də at oynadırlar. Cənubda Qolan təpələri 1974-cü ildən bugünədək İsrailin işğalı altındadır. Amma haqqın qələbə çalacağına ümidlər çoxdur. İnanmaq istərdik ki, Suriya bu ağır labirintdən üzüağ çıxacaq,

İnsanlar öz xöşbəxtlik və səadətlərini, ilk növbədə, öz məmləkətlərində tapırlar. Suriyalı qaçqınlar, əlbəttə, öz doğma yurd yerlərinə qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər. Qaçqınların bir hissəsi artıq öz evlərinə dönüblər. Onlar Türkiyə dövlətinə və xalqına çox minnətdardırlar. Çox hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın adı isə bu ölkədə dillər əzbəridir.

4 milyondan çox suriyalıya arxa, həyan duran türk xalqı bu məsələdə də bütün dünya üçün humanizm örnəyi olub. Türkiyə məhz buna görə də təkcə Suriyada deyil, dünyanın çox guşəsində sevilir və seçilir. Bu, hər xalqın hünəri deyil, yalnız yüksək, nəcib niyyətlərə, dəyərlərə malik olan xalqlar “yumşaq güc”ə çevrilə bilirlər. Yeni türk sivilizasiysının gücü bundadır!

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri