Suriya lideri bu gün Almaniyaya nəzərdə tutulan səfərini təxirə saldı SƏBƏB
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriya lideri Əhməd əl-Şaranın yanvarın 19-20-da Almaniyaya nəzərdə tutulan işgüzar səfəri Suriya tərəfindən təxirə salınıb.
Ölkə.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Suriyanın yeni liderinin Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Fridrix Merz, eləcə də Almaniyanın siyasi və işgüzar dairələrinin nümayəndələri ilə görüşməsi planlaşdırılırdı.
DW-nin məlumatına görə, danışıqların əsas mövzusu suriyalı qaçqınların vətənlərinə qayıtması olacaqdı.
NTV-nin məlumatına görə, səfərin ləğvinə Suriyadakı şiddətli döyüşlər səbəb ola bilərdi.
DPA-nın məlumatına görə, səfərin təxirə salınmasının əsas səbəblərindən biri kimi Suriya liderinin Almaniyay səfərinə etiraz olaraq aksiyalaırn keçirilməsi olub. Belə ki, Şaranın səfərinə etiraz olaraq "İslamçılar üçün qırmızı xalçaya yox" adlı mitinq də planlaşdırılırdı. Əl-Şaranın gəlişinə əsasən Almaniyadakı Suriyadan olan və Suriyanın dini və etnik azlıqlarını təmsil edən qaçqınlar qarşı çıxıblar.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















