Suriya lideri bu məsələyə nöqtə qoydu: razılığa gəliblər
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Şimaldakı bütün silahlı qruplar, o cümlədən Təhrir əl-Şam (HTŞ) və Suriya Milli Ordusu (SMO) nizami orduya qoşulmağa razılaşıb.
Publika.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi silahlı qruplaşmalara məzhəb, dini və ya regional xüsusiyyətlər verəcək hər hansı təklifi rədd edib.
Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şara silahlı qruplara dövlət idarəçiliyində yer olmayacağını və bütün silahlı birləşmələrin nizami orduya qoşulması lazım olduğunu bildirib.
Dövlətin institusional strukturunun prezidentlikdən parlamentə çevriləcəyini deyən Şara, yeni administrasiyanın bu prosesi müasir dövlət quruluşu üçün beynəlxalq standartlara əsaslanacağını qeyd edib.
Lider yeni dövrdə qisas hissinə yer olmadığını, inqilabi zehniyyətin rejimi devirməyə uyğun ola biləcəyini, ancaq dövlət quruculuğu üçün zərərli olduğunu da diqqətə çatdırıb.
Şara sosial sülhü təmin etmək üçün cəmiyyətin bütün təbəqələrini əhatə edəcəklərini və keçmişə deyil, gələcəyə fokuslanacaqlarını bildirib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Yanvar 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















