Suriya lideri ilə PKK arasında görüş iddiası Nələr müzakirə olunub?
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi qruplaşmalar Suriyada Bəşər Əsəd administrasiyasını devirdikdən sonra Dəməşqdə daxildən və xaricdən müxtəlif nümayəndə heyətləri ilə görüşlər keçirilir.
Publika.az xəbər verir ki, ölkənin faktiki lideri Əhməd əl-Şaranın bazar ertəsi Suriyada Suriya Demokratik Qüvvələri (SDQ) adından istifadə edən terror təşkilatı PKK/YPG nümayəndələri ilə ilk dəfə görüşdüyü iddia edilib.
Fransız Xəbər Agentliyinə (AFP) danışan adı açıqlanmayan suriyalı rəsmi, Əl-Şaranın PKK/ YPG nümayəndələri ilə müsbət görüşlər keçirdiyini bildirib. Digər tərəfdən, Suriya rəsmiləri bunun gələcək dialoq üçün ilkin görüş olduğunu və hər iki tərəfin bu görüşləri davam etdirməyə razılaşdığını bildiriblər.
Əhməd Əl-Şara həftə sonu Əl Ərəbiyyə televiziyasına verdiyi açıqlamada Suriyadakı PKK/YPG-nin də yeni orduya inteqrasiyası lazım olduğunu deyib.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















