Icma.az
close
up
RU
Suriya liderindən tarixi qərar: kürdlər üçün yeni mərhələ başlayır İlk dəfə

Suriya liderindən tarixi qərar: kürdlər üçün yeni mərhələ başlayır İlk dəfə

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədə yaşayan kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə kürd dilinin dövlət dili kimi tanındığı vurğulanır.

Bu fərman kürdlərə nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Suriya hökuməti mühüm strateji məntəqələrə nəzarəti bərpa edib və əvvəllər kürd qruplarının əlində olan bir sıra şəhərləri yenidən mərkəzi hakimiyyətə tabe etdirib:

“Bu proses fonunda Şaraa hökuməti kürd tayfalarının mərkəzi hakimiyyətdən tam şəkildə uzaqlaşmasında maraqlı deyil. Əksinə, rəsmi Dəməşq münasibətlərin kəskinləşməsinin qarşısını almağa və dialoqu qorumağa çalışır. Bu məqsədlə hökumətin yaxın dövrdə müəyyən siyasi və institusional addımlar atacağı gözlənilir. Məsələ ondadır ki, Suriyadakı kürd qruplar əsasən tayfa strukturlarına malikdir, ciddi silahlı potensiala sahibdir və ABŞ ilə İsraildən müəyyən səviyyədə dəstək görürlər. Bu amillər onların tam şəkildə narazı salınmasını Suriya üçün riskli edir. Nəticə etibarilə hökumət kürdlərə münasibətdə məhdud, lakin məqsədli güzəştlər tətbiq edir”.

Politoloq bildirib ki, hazırda əsas müzakirə mövzularından biri ana dili məsələsidir:

“Kürd dilinə müəyyən rəsmi statusun verilməsi və mədəni muxtariyyət çərçivəsində hüquqların tanınması gündəmdədir. Bununla paralel olaraq kürdlərin dövlət strukturlarına inteqrasiyası prosesi də sürətlənir. Artıq bir neçə kürd tayfasından olan şəxslərin Suriya polis orqanlarına qəbul edildiyi barədə məlumatlar yayılıb. Daha əvvəl isə kürdlərin Suriya ordusuna cəlb olunması prosesi həyata keçirilirdi. Beləliklə, əvvəllər müxtəlif silahlı birləşmələrin tərkibində fəaliyyət göstərən şəxslər tədricən rəsmi hərbi və hüquq-mühafizə qurumlarına inteqrasiya olunur. Eyni zamanda kürdlərin digər dövlət qurumlarında, o cümlədən rəhbər vəzifələrdə təmsil olunması imkanları da genişlənir. Bu addımlar Suriyanın dövlətləşmə və mərkəzləşmə prosesində mühüm mərhələ hesab olunur. Kürd dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü isə Şaraa hökumətinin kürd icmasını öz tərəfinə çəkmək və siyasi sabitliyi möhkəmləndirmək məqsədi daşıyan əsas alətlərdən biri kimi qiymətləndirilir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri