Icma.az
close
up
RU
Suriya liderinin Türkiyə səfəri Dəməşqin prioriteti ŞƏRH

Suriya liderinin Türkiyə səfəri Dəməşqin prioriteti ŞƏRH

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya Ərəb Respublikasının (SAR) təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinin təmin olunması Türkiyənin başlıca hədəflərindəndir. Bu baxımdan, rəsmi Ankara son 15 ildə ölkədə baş verənləri narahatlıqla izləyir, beynəlxalq ictimaiyyətin diqqətini respublikanın problemlərinə, onu əhatə edən təhdidlərə, oradan yayılan terror təhlükəsinə yönəldir.

Ötən il dekabrın 8-də SAR-da hakimiyyət dəyişikliyi həm də bölgədəki təhlükəli, xaotik vəziyyətə təsir göstərib. Bəşşar Əsəd rejiminin süqutu ilə yaranan şərait zaman keçdikcə Suriyanın bölgənin ənənəvi cəlbedici ölkə statusunu saxlaya bilər. Bunun üçün SAR-da daxili barış, milli həmrəylik başlıca şərt sayılır.

Hadisələr sübut edib ki, 11 illik qarşıdurma, vətəndaş müharibəsi Suriyanı dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Fevralın 4-də Suriyadakı müvəqqəti, keçid hakimiyyətin lideri Əhməd əş-Şaara Səudiyyə Ərəbistanından sonra Türkiyəyə səfər edib. O, bununla ölkəsinin xarici siyasi kursunun prioritetini göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onunla görüşüb. Tərəflərin danışığı 3,5 saat sürüb. “Bu ziyarəti daimi dostluq, işbirliyi dönəminin başlanğıcı olaraq görürəm”, - deyə Türkiyə lideri vurğulayıb.

Bu, 15 ildən sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli bir səfər idi.

Əhməd əş-Şaaranın krallıqdan sonra Türkiyəyə səfərini belə də yozmaq olar - “Biz milli, dini demokratik bir ölkə qurmaq istəyirik”. Başqa sözlə, SAR özünə Türkiyə modelini örnək olaraq götürə bilər.

Hər iki ölkənin təhlükəsizliyini terror təhdid edir. Bu baxımdan, tərəflər bu istiqamətdə əməkdaşlıq edəcəklərini açıqlayıblar. “Suriyanın şimal-şərqini işğal altında saxlayan terror qruplaşması və havadarlarına qarşı atılacaq addımlardan bəhs etdik. İstər İŞİD olsun, istərsə də PYD, hər cür mücadilədə Suriyaya lazımi dəstəyi verməyə hazır olduğumuzu ifadə etdim”, - Ərdoğan görüş barədə danışarkən deyib.

Tərəflər terrora qarşı birgə fəaliyyət göstərərək Suriyada əmin-amanlıq, sabitlik yaradacaqları ilə bağlı razılıq əldə ediblər.

Suriyanın əsas problemlərindən biri də dağıntıların aradan qaldırılması, yenidən qurulub, tikilməsidir. Türkiyə bu istiqamətdə də qonşu dövlətə dəstək verməyə hazır olduğunu bildirib.

Rəsmi Ankara Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətində diplomatik fəaliyyətini davam etdirəcəyini, bu yöndə səyini artıracağını boyun olub.

Türkiyə Suriya ilə əməkdaşlığı genişləndirmək istiqamətində bir sıra addımlar atıb. Dəməşqdə səfirliyi, Hələbdə Baş Konsulluğu işə başlayıb. Türkiyə Hava Yolları Suriya paytaxtına uçuşları bərpa edib. Ölkənin bir sıra nazirləri və rəsmilər bu Ərəb Respublikasında səfərdə olub.

Ərdoğan və Şaara iki ölkə arasında əlaqələri strateji bir səviyyəyə çatdırmaq üçün razılığa gəliblər.

Suriya lideri Türkiyə Prezidentinə təşəkkür edərək dövlət qurumları və xalqın suriyalılara xoş münasibətini unutmayacaqlarını vurğulayıb.

Türkiyə və Suriyanın strateji əməkdaşlıq etməsi üçün bütün şərtlər uyğundur. Məsələn, Rusiya aralarında heç bir ortaq sərhəd olmayan, dini, milli və başqa baxımdan yaxın olmayan Vyetnamla Əhatəli Strateji Tərəfdaşlığa dair müqavilə imzalayır. Yaxud Şimali Koreya ilə də analoji müqavilə bağlayaraq Ukrayna cəbhəsinə koreyalı hərbçiləri belə göndərə bilir. Ancaq Suriya və Türkiyəni birləşdirən dəyələr daha çoxdur. Din, mədəniyyət, sosial, tarix kimi sahələrdə ortaqlıqlar var. Bunlar tərəflərin strateji müttəfiq olmasına belə imkan verir.

Habelə Suriya dövlətinin suverenliyi, ərazi bütövlüyü, unitarlığı, bütün etnik qrupların milli-mədəni hüquqlarının təmin olunması, dini, milli xüsusiyyətinə görə ayrı-seçkiliyə yol verilməməsi tərəflərin maraqlarını təmin edir. Ən əsas mələlərdən biri Suriyanın təbii qazının dünya bazarına çıxarılmasıdır. Vətəndaş müharibəsi, terror qruplaşmalarının fəaliyyəti və s. amillər bu sahədə müəyyən qarışıqlıq yaradıb.

Suriya Aralıq dənizi regionunda nisbətən iri neft hasilatçısı sayılır. 2011-ci ilədək Suriyada ildə orta hesabla 383 min barel neft, 8,7 milyard kubmetr təbii qaz hasil edilib. Ancaq son 15 il ərzində Suriya neft və təbii qazının "qara bazar"da dəyər-dəyməzinə satıldığı iddia olunur. Uzunmüddətli müharibə bu sahədə də problemlər yaradıb. 2023-cü ildə sutkada 40 min barel neft, ildə üç milyard kubmetr təbii qaz istehsal edilib.

Müharibə bu sahənin infrastrukturuna ziyan vurub, onu dağıdıb. Ölkənin 2,5 milyard barel neft, 285 milyard kubmetr mavi yanacaq ehtiyatı olduğu bildirilir.

Məsələn, 2012-ci ilədək Deyr əz-Zor əyalətində sutkada 80 min barel neft hasil edilirmiş. Hasake, Rakka, Hama, əs-Suveyda kimi əyalətlərdə neft və qaz yataqları var. Onlar da hazırda PKK/YPG-PYD terror qruplaşmasının nəzarəti altındadır.

Yeri gəlmişkən, hazırda İraqın şimalındakı bölgəni idarə edənlər bir müddət ölkənin neftini istədikləri qiymətə rəsmi Bağdada hesabat vermədən satırdılar. Onda şimaldakı hökumət rəsmi Bağdad qarşısında şərt belə irəli sürürdü. Bildirirdi ki, mərkəzi hakimiyyət vasitəsi ilə ayda bir milyard dollara neft satmağa razıdır və onunla yeni neft sazişi bağlamağa hazırdır. Başqa sözlə, bu hökumət Kərkükdəki neft yataqlarına qanunsuz olaraq nəzarət edir və onun satışını reallaşdırırdı. Uzun mübahisə, hətta hərbi qarşıdurma təhlükəsindən sonra Bağdadla şimaldakılar razılığa gəlib.

Bu baxımdan, Suriyanın energetika yataqları yenə də bölücülərin, terrorçuların nəzarətindədir. Həmin ərazilərə nəzarət etməyin rəsmi Dəməşqin başlıca vəzifələrindən olacağı istisna deyil.

Terrora qarşı Türkiyə ilə birgə mübarizə Suriyanın yeni hakimiyyətinin qarşısında duran bu problemin həllinə də yardım edə bilər.

Türkiyə SAR-ı Avropa, Qərblə bağlaya biləcək körpü də ola bilər. Son illər o, energetika məsələlərində aparıcı rollardan birini oynayır. Türkiyə ötən il әrzindә təxminən 51 milyard kubmetr təbii qaz istehlakı ilə Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısı olub. Hazırda onun ümumilikdə yeddi beynəlxalq təbii qaz boru kəməri, ikisi üzən anbar və qazlaşdırma qurğusu olmaqla dörd LNG qurğusu və iki yeraltı təbii qaz anbarı var. Bu, Türkiyəyə təbii qaz habı olmaq üçün də əlavə imkanlar yaradır.

Başqa bir örnək, Azərbaycanın təbii qazını nəql edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) hazırda 16 milyard kubmetr təbii qaz nəql etmək gücünə malikdir. Bu təbii qazın altı milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql edilir. Xəttin gücünün qısa müddətdə iki dəfə artırılması nəzərdə tutulur.

Türkiyənin energetika sahəsində qlobal layihələrin reallaşmasında oynadığı rol Suriyaya da faydalı olar.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayaraktarın sözlərinə görə, Suriyada elektrik stansiyalarının təmiri başa çatdıqdan sonra Türkiyədən boru kəməri ilə təbii qazın nəqli ilə təmin edilə bilər: “Hələbə 50-60 kilometrlik təbii qaz boru xətti üzərində də çalışırıq. Təbii qazı Avropaya apararkən, Suriyadan təbii qazın nəqli üzərində işləyirik”.

Türkiyə elektrik enerjisi təchizatında da Suriyaya yardım edə bilər. Nazir qeyd edib, 800 meqavat elektrik enerjisi SAR-a nəql ediləcək.

Əhməd Şaara bu ilk rəsmi səfərləri ilə ölkəsinin keçmiş müttəfiqləri İran və Rusiyaya da ismarış göndərib. Bir müddət əvvəl o bildirmişdi ki, İran Suriyaya böyük ziyan vurdu: “Hizbullah” bizdə böyük yaralar əmələ gətirdi”.

O, Moskvaya sığınan Bəşşar Əsədi tələb etməklə Rusiya ilə münasibətlərin bərpasının açarını göstərib.

Son yarım əsrdə Suriya Türkiyə üçün gah yaxşı qonşu, gah təhlükə mənbəyi olub. Vaxtilə PKK terror qruplaşmasının başçısı Abdullah Öcalanın bu ölkəyə sığınması, oradan deportasiya olunması ilə hazırkı vəziyyət təzadlıdır. Bu ziddiyyətdən Dəməşqi Türkiyəyə münasibətdə dinc-yanaşı yaşamaq prinsipinə əməl etmək xilas edə bilər.

Terrora qarşı regional mübarizə, Əhməd Şaara və onu dəstəkləyən siyasi qüvvələr Suriyanı müstəqil, unitar, inkişaf etmiş ölkə səviyyəsinə qaldırar. Əks halda, yenidən silahlı qarşıdurmanın başlayacağı, ölkə sərvətlərinin müxtəlif qanunsuz qruplaşmalar tərəfindən talan edilməsi gözlənilir.

2007-ci il oktyabrın 16-19-da Suriyanın ovaxtkı prezidenti Bəşşar Əsəd Türkiyəyə səfər etmişdi. O, PKK terror qruplaşmasına qarşı bütün tədbirlərdə Türkiyəyə dəstək verəcəyini bildirmişdi. Həmin görüş ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlığa yüksələcəyinə ümidləri artırmışdı. Ancaq bunlar baş vermədi. Suriya Türkiyə üçün təhdid mənbəyinə çevrildi. Bəşşar Əsəd isə vədinə əməl etmədi. Onun Türkiyəyə qarşı mübarizədə PKK/YPG-PYD-SDG ilə əməkdaşlığına dair xəbərlər belə yayılmışdı.

Təxminən 18 il sonra Əhməd Şaara lider qismində Türkiyəyə səfər etdi. Terrora qarşı birgə mübarizə, əməkdaşlıq, iqtisadi əlaqələr və s. məsələlərdən yenə danışıldı. Tarix bu dəfə çətin təkrar oluna. Çünki regional şərait və şərtlər əvvəlki kimi deyil. Ona görə də Türkiyə-Suriya əməkdaşlığı tərəflərlə yanaşı, region üçün də ancaq fayda verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see174

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see149

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri