Icma.az
close
up
RU
Suriya liderinin vəzifə verdiyi türkmən general a nələr danışdı? Eksklüziv

Suriya liderinin vəzifə verdiyi türkmən general a nələr danışdı? Eksklüziv

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

(Fotoda: Sağda Suriya müdafiə naziri Əbu Kəsra, solda onun müavini təyin edilən türkmən general Fehmi İsa)

Xəbər verdiyimiz kimi, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şara Suriya Milli Ordusunun II korpus komandiri türkmən general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionu üzrə komandan təyin edib.

Fehim İsanın Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– İlk olaraq sizi bu mühüm təyinat münasibətilə təbrik edirəm.

– Çox sağ olun! Səmimi təbrikləriniz üçün təşəkkür edirəm!

– Cənab general, məlum olduğu kimi, qısa müddət öncə Suriya Prezidenti cənab Əhməd əş-Şara yeni hökumət kabinetinin tərkibini elan etdi. 22 nəfərlik keçid hökumətində etnik və dini azlıqlara yer verilməsi diqqət çəkdi. Sizin Suriya müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandanı olaraq təyin edilməyinizlə türkmənlərə də lazımi diqqət göstərilmiş oldu. Cənab Əhməd əş-Şaranın və yeni Suriya hökumətinin hazırda türkmənlərlə bağlı mövqeyi necədir?

– Suriya etnik və dini azlıqlar baxımından zəngin ölkədir. Türkmənlər də bu ölkənin ayrılmaz bir hissəsidir. Türkmənlər hər zaman Suriyada ən çətin anlarda belə haqqın, ədalətin tərəfində olub.

Türkmənlər Bəşər Əsəd zülmünə ilk qarşı çıxan, silaha sarılan, haqsızlığa göz yummayanlardandır. Yəni biz bu inqilabın hər zaman bir parçası olduq. Əli silah tutan bütün mərd türkmənlər Əsəd zülmünə qarşı çıxdı. Təkcə mən bu mübarizədə üç qardaşımı şəhid vermişəm. Həmd olsun ki, mübarizəmiz uğurla, qələbə ilə yekunlaşdı.

Cənab Əhməd əş-Şaranın hazırda türkmənlərə münasibəti çox yaxşıdır. Üç dəfə onunla görüşüb suallar vermişik. O da hər zaman bizim suallarımıza cavabında deyib ki, “türkmənlər bizim ürəyimizdədir”. Yəni o, türkmənləri özündən ayrı görmür. Cənab Prezident üçün bir ərəb nədirsə, bir türkmən də odur.

– 22 nəfərlik keçid hökumətində kürd, türk, druzi, hətta xristian təmsilçi olsa da, türkmənlərə yer verilmədi. Bu nə ilə bağlı idi?

– İlk açıqlanan hökumət kabinetində türkmən nazir yox idi. Bu, Suriya xaricində, xüsusilə də Türkiyə və Avropada yaşayan türkmən soydaşlarımızın müəyyən narazılığına səbəb oldu. Lakin Suriyada yaşayan türkmənlər olaraq proseslərin içərisindəyik. Deyə bilərəm ki, Suriyada türkmənlər mövcud vəziyyətdən məmnundur. Onlara qarşı heç bir ayrı-seçkilik olmur.

Fehim İsa

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda iştirak etdi və burada cənab Əhməd əş-Şara ilə görüşdü. Azərbaycanla Suriya arasında bir çox sahədə, xüsusilə də hərbi sahədə əməkdaşlıq imkanları var. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

– Təbii ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivləri var. Bu, hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan bizim üçün vacibdir. Ürəyimiz, canımız Azərbaycanladır. Allahın izni ilə hər zaman birlikdəyik.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri