Icma.az
close
up
RU
Suriya məsələsi ABŞ Türkiyə əməkdaşlığının əsas prioritetlərindəndir Analitik

Suriya məsələsi ABŞ Türkiyə əməkdaşlığının əsas prioritetlərindəndir Analitik

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısı ilə bağlı yazılı açıqlama verib. Suriya ilə bağlı keçirilən toplantıda ABŞ-ni dövlət katibinin müavini Kristofer Landau, Türkiyəni isə xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib. Landau ABŞ və Türkiyə arasındakı güclü ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin sülh, ticarət kimi ortaq məqsədlər üzrə əməkdaşlığı genişləndirdiyini vurğulayıb. Görüşdə Prezident Donald Trampın göstərişi ilə tətbiq olunan sanksiyaların ləğv edilməsi, terrorizmin bütün formaları, eləcə də təzahürləri ilə mübarizə də daxil olmaqla, Suriyaya dair ortaq prioritetləri müzakirə olunub. Brus bildirib ki, tərəflər prezident Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı göstərişinin həyata keçirilməsinin vacibliyini müzakirə ediblər, həmçinin vahid Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar. Suriya İşçi Qrupu ilə bağlı Türkiyə-ABŞ Birgə Bəyanatında “Türkiyə və ABŞ barış içində olan sabit Suriya vizyonunu dəstəkləyir” ifadəsi yer alıb.


“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Türkiyə və Amerika Birləşmiş Ştatları Suriya məsələsi ilə bağlı yaxından əməkdaşlıq edirlər:


“Prezident Donald Tramp dəfələrlə bəyan edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə Suriya məsələsində geniş miqyaslıq anlaşmalar mövcuddur. Bu sahədə iki ölkənin mövqələrinin üst-üstə düşməsi də müşahidə olunur. Rəsmi Ankaranın israrlı xaişləri ilə Amerika Birləşmiş Ştatları Suriyaya qarşı Əsad rejimi dövründə tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı mövqəyini dəyişməyə başlayıb. Belə anlaşılır ki, yaxın vaxtlarda da sanksiyalar tamamilə ləğv olunacaq. Bu isə Türkiyənin Suriyanın bərpa olunma prosesinə verdiyi böyük töhfədir. Çünki sanksiyalar ləğv olunarsa, Suriya iqtisadiyyatının yenidən dirçəldilməsi, eyni zamanda xarici ölkə kapitalının axını kimi kimi məsələlərin önü açılacaq. Tramp administrasiyası Suriyayla bağlı bir çox məsələlərin həllində də maraqlıdır. Hazırda Ağ Evdə hesab edirlər ki, bu məsələlər ilk növbədə Türkiyəylə müzakirə olunaraq həll olunmalıdır. Xüsusilə də ABŞ hərbi bazalarının Suriyadan çıxarılması məsələsi gündəmdədir. Türkiyənin Ağ Evdən bu məsələ ilə bağlı çox ciddi şəkildə tələbləri var. Bayden administrasiyası dövründən rəsmi Ankara tələb edirdi ki, ABŞ PKK terror təşkilatının nəzarətində olan Suriya ərazilərindən öz hərbi bazalarını çıxartmalıdır ki, terrorizmin qarşısının alınmasında müəyyən effektiv adımların atılması mümkün olsun. İndi ABŞ Tramp administrasiyası dövründə rəsmi Ankaranın bu istəyini yerinə yetirməyə müsbət yanaşır. Hətta ABŞ hərbi bazalarının həmin ərazilərdən çıxarılması planının belə hazırlandığı barədə məlumatlar mövcuddur. Bu baxımdan, Suriya ərazisində terrorizmə qarşı mübarizə sahəsində ABŞ və Türkiyə arasında əməkdaşlıq var. Sözügedən əməkdaşlığın hədəfləri sırasında PKK terror təşkilatı da mövcuddur. Görünən odur ki,  Suriya məsələsi ABŞ-Türkiyə əməkdaşlığının əsas prioritetləri sırasına daxildir və hər iki tərəf ortaq mövqəyə olduqca yaxındır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri