Suriya Müdafiə Nazirliyi etiraf etdi: Hücumlar zamanı...
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan ərazilərə hücumlar zamanı bəzi yerlərdə hərbi cinayətlərin törədildiyini etiraf edib.
"Cebheinfo.az" xəbər verir ki, nazirlik təqsirkarlar barəsində “hüquqi tədbirə” başlanıldığını açıqlayıb.
Müvəqqəti hökumətin Müdafiə Nazirliyinin “Təhlükəsizlik və Hərbi Polis Komandanlığı” 22 yanvar 2026-cı il, cümə axşamı gecəsi Rojava bölgəsində baş verən hücumlarla bağlı açıqlama yayıb.
Bildirilib ki, bütün birliklərə verilən dəqiq əmr və göstərişlərə baxmayaraq, Suriyanın şimal-şərqində həyata keçirilən əməliyyatlar zamanı bəzi qanunsuz pozuntular və davranışlar aşkar edilib.
Dəməşq rəhbərliyinin bu açıqlaması Hələb və Rojavanın digər bölgələrində kürdlərin sıx yaşadığı Şeyx Maksud və Əşrəfiyə məhəllələrinə edilən hücumlar zamanı qeydə alınan görüntülərdən sonra gəlib.
Sosial mediada yayılan və həm mülki şəxslərə, həm də SDQ silahlılarına qarşı “müharibə cinayəti” təşkil edən görüntülər həm yerli, həm də beynəlxalq mətbuatda böyük səs-küyə səbəb olub və reaksiya ilə qarşılanıb.
Məlumatda pozuntuların “institusional deyil, fərdi xarakter daşıdığı” iddia edilib və əlavə edilib: “Bu davranışlar fərdi xarakter daşıyır və ordunun ümumi nizam-intizamını əks etdirmir”.
“Təhlükəsizlik və Hərbi Polis Komandanlığı” qanun pozucularına qarşı “hüquqi prosedurların həyata keçirildiyini”, “araşdırmaların davam etdiyini” vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















