Suriya ordusu Amerika hərbi bazasına nəzarəti ələ keçirib
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriya ordusu Haseke əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Amerika hərbi bazası üzərində nəzarəti ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat Amerika tərəfi ilə razılaşmadan sonra həyata keçirilib.
Xatırladaq ki, ötən ilin aprel ayında ABŞ kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) koalisiyasının nəzarəti altında olan Əl-Şəddadi şəhərindəki bazadan qoşunların və hərbi texnikanın tədricən çıxarılmasına başlayıb. Yanvarın sonlarında Suriya prezidenti Əhməd əl-Şara və SDF komandiri Məzlum Əbdi kürd döyüşçülərinin hökumət qüvvələrinə inteqrasiya olunacağı və kürdlər tərəfindən Suriyanın şimal-şərqində yaradılan özünüidarəetmə qurumlarının Suriya dövlətinin bir hissəsi olacağı barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:Suriya Xalq Ordusu Mənbiçə nəzarəti ələ keçirib
09 Dekabr 2024 12:53
Suriya Xalq Ordusu Mənbicdə nəzarəti ələ keçirib
09 Dekabr 2024 11:53
KİV: Suriya ordusu Həma şəhərinin ətrafına nəzarəti ələ keçirib
04 Dekabr 2024 13:33
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib Açıqlama
19 Yanvar 2026 12:30
Baxış sayı:124
Bu xəbər 15 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















