Icma.az
close
up
RU
Suriya prezidenti BMT kürsüsündə çıxış etdi Son 58 ildə ilk

Suriya prezidenti BMT kürsüsündə çıxış etdi Son 58 ildə ilk

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya prezidenti Əhməd Əl-Şara BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Suriyanın Bəşər Əsəd rejimindən əvvəlki son lideri Nurəddin Əl-Atasinin 1967-ci ildə BMT Baş Assambleyasına qatılmasından sonra təşkilatın Assambleyasında Suriyanı təmsil edən ilk lider olub.

Əl-Şara çıxışında Əsəd rejiminə son qoyan inqilabı xeyirlə şər arasında döyüş kimi təsvir edib: “60 il Suriya idarə etdiyi torpaqların dəyərini göz ardı edən zalım bir rejim altında idi. Uzun illər ədalətsizliyə, məhrumiyyətlərə və zülmə məruz qaldıq. Sonra ləyaqətimizi bərpa etmək üçün ayağa qalxdıq”.

Suriya prezidenti qeyd edib ki, Əsəd rejimi bir milyona yaxın insanı qətlə yetirib: “Əvvəlki rejim xalqımıza ən dəhşətli işgəncələri verdi. Kimyəvi silahlar, bombardmanlar, həbsxanalarda işgəncələr, məcburi köçkünlər, məzhəb zorakılığı, narkotiklər. Ölkəmizi parçaladı. Dünyanın hər yerindən döyüşçülər gətirdi. Keçmiş rejim bir milyona yaxın insanı qətlə yetirib, milyonlarla insanı didərgin salıb, iki milyon evi dağıdıb”.

Əl-Şara Suriya xalqının təşkilatlanıb hərbi mübarizə aparmaqdan başqa çarəsinin olmadığını bildirib: “Bu hərbi əməliyyat mərhəmət, xeyirxahlıq və tolerantlıq prioritetləri ilə həyata keçirilib. Mülki şəxslər hədəfə alınmayıb. İntiqam almadan haqq-ədalət arxasınca getdi. Biz öz hüquqlarımızı bərpa etmişik. Biz qalib gəldik. Biz şəhid anaları üçün, sizin üçün, dünyadakı bütün insanlar üçün, övladlarımız və övladlarınızın gələcəyi üçün qazandıq. Biz qaçqınların geri qayıtmasına yol açdıq və narkotik ticarətinin kökünü kəsdik. Beləliklə, Suriya böhranı ixrac edən bir ölkədən həm Suriya, həm də bölgə üçün sülh fürsətinə çevrildi”.

İsrailin Suriyanın suverenliyini pozan hücumlarına toxunan Əl-Şara bildirib: “İsrailin ölkəmizə hücumları davam edir. İsrailin siyasəti Suriyaya dəstək verən beynəlxalq mövqe ilə ziddiyyət təşkil edir. Onlar bölgəmizdə yeni böhranlar və münaqişələr yaradır. Suriya bu hücumlar qarşısında dialoqa sadiqdir. Çağırışları qəbul etməyə hazırıq. Beynəlxalq ictimaiyyət bu hücumlar qarşısında bizimlə birlikdə olmalıdır”.

Çıxışının sonunda Əl-Şara Qəzzaya dəstək mesajı göndərib: “Biz müharibə və dağıntıların dəhşətlərini ən dərindən bilən xalqlardan biriyik. Buna görə də biz Qəzza xalqının, onların uşaqlarının, qadınlarının, eləcə də pozuntu və təcavüzlə üzləşən bütün insanların yanındayıq. Müharibənin dərhal dayandırılmasına çağırırıq".

İsgəndər Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri