Icma.az
close
up
RU
Suriya Prezidenti: Trampın planı cinayətdir

Suriya Prezidenti: Trampın planı cinayətdir

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

"Reuters" xəbər agentliyinin məlumatına görə, bu sözləri Suriya Prezidenti Əhməd Əş-Şərəə Britaniyada podkast yayımında çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından köçürmə və zolağı ələ keçirmə planı "ciddi mənada cinayətdir".
"Şübhəsiz ki, bu plan iflasa uğrayacaq. ABŞ-dən qabaq bir çox ölkə qəzzalıları öz yurd-yuvasından didərgin salmağa çalışsa da, bacarmadı. Xüsusilə də son il yarım ərzində Qəzzada baş verən müharibə ərzində belə bir niyyətin uğursuz nəticələndiyini gördük. Donald Trampın fələstinliləri öz torpaqlarından sıxışdırmaq cəhdi nə məntiqi, nə mənəvi, nə də siyasi baxımdan doğrudur", - Suriya lideri deyib.
Xatırladaq ki, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçün xüsusi planını diqqətə çatdırıb.
Tramp: "Səbrimiz tükənir"
"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq", - Tramp vurğulayıb.
Eyni zamanda, ABŞ lideri dünən HƏMAS-a qarşı "şənbə günü günortayadək bütün israilli əsirləri azadlığa buraxmaq" tələbini irəli sürüb. HƏMAS terror təşkilatının ali rütbəli sözçüsü Sami Əbu Zöhri onun bu sərt tələbini "mənasız" adlandırıb.
"Yalnız sazişin şərtləri qaydasınca yerinə yetiriləcəyi təqdirdə əsirlər öz evlərinə qayıda biləcəklər. Hədə-qorxu ilə danışmağın mənası yoxdur. Bu cür ritorika ə yalnız işləri çətinləşdirir", - o bildirib.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri