Icma.az
close
up
RU
Suriya prezidentləri: türk, fransız, kürd, çərkəz, erməni, ərəb, druz... Çevrilişlər ölkəsi

Suriya prezidentləri: türk, fransız, kürd, çərkəz, erməni, ərəb, druz... Çevrilişlər ölkəsi

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Adını qədim assuriyalılardan almış Suriyanın son 1000 illik tarixinə baxanda nisbətən ən sakit, təlatümsüz dövr Osmanlı imperiyasının tərkibində olduğu 4 əsrlik dövrdür.

Osmanlı imperiyası Antanta qüvvələrinin basqısı, işğalı nəticəsində süqut etdirilincə, Suriya fransızlara qalıb. Fransızlar Hələbi, Dəməşqi birləşdirərək federasiya halına gətiriblər, ölkənin ilk prezidenti və baş naziri də türk olub – Sübhi bəy Bərəkət əl-Xalidi.

Sonra o, fransızlarla razılaşmadığı üçün istefa verib, yerinə müvəqqəti olaraq Fransua Pyer-Alip adlı fransız gəlib. Bu adam Fransanın digər müstəmləklərində qubernator olub-gəldiyinə görə iki ildən sonra başqa ölkəyə göndərilib, Suriyanın yeni prezident-baş naziri postuna Osmanlı sultanı II Əbdülhəmidin qohumu, çərkəz əsilli Əhməd Nami gəlib.

Burada qısa bir haşiyə: Son yüz ildə Suriyaya rəhbərlik edənlərin arasında türk, fransız, kürd, çərkəz, erməni, druz, ərəb əsilli şəxslər olub.

Əhməd Namini Tacəddin əl-Həsəni əvəz edib, ancaq o, fransızların etimadını itirdiyindən Paris onu dəstəkləməyib və növbəti seçkidə Məhəmməd Əli bəy əl-Abidə uduzub. Əl-Abidin atası Əhməd İzzət paşa zamanında II Əbdülhəmidin müşaviri və məxfi xidmətinin rəisi olub.

Bu dövrdə artıq Suriya Fransanın müstəmləkəsi olmaqdan qurtulub, müstəqillik qazanıb, amma yarımasılı vəziyyətdə qalmaqda davam edib.

Müstəqil Suriyanın ilk prezidenti Haşim əl-Atassi olub. Ancaq o, ölkəsinin müstəqilliyinin kağız üzərində olduğuna etiraz olaraq vəzifəsindən istefa verib. Suriyanın başına Nasuhi Səlim əl-Buxari keçib. O, bu vəzifədə 2 gün qalıb. Onun yerinə gələn Bəhic əl-Xətib isə bu postda 2 il duruş gətirib. Əl-Xətib Fransaya tam loyal olsa da, özü Hitlerin işğalına məruz qalmış Fransanın müdafiə şurasının sədri Şarl de Qoll tərəfindən istefaya göndərilib.

Təsəvvür edin, Fransa özü işğaldadır, Parisdə almanlar hökmranlıq edir, amma fransızlar başqa bir müstəqil ölkənin rəhbərini istefaya verməyə məcbur edirlər.

1941-ci ilin sentyabrında əl-Xətibin yerinə, sonradan 6 dəfə baş nazir olacaq Xalid bəy əl-Əzəm Susiyanın yeni rəhbəri təyin edilir. 5 aydan sonra fransızlar onu da aşırırlar, yerinə köhnə kadrları Tacəddin əl-Həsəni yenidən gətirirlər.

Bu periodda müttəfiq qüvvələr Suriya və Livanı fransızlardan azad edirlər və T.əl-Həsəni əvvəlki müddətində olduğu kimi fransızlara loyal olmaq istəmir, məsafə saxlamaq istəyir, amma 1943 ildə gözlənilmədən vəfat edir və onun yerinə Cəmil əl-Ulşi qoyulur. İki aydan sonra isə onu da Atabəy əl-Əyyubi gəlir.

Atabəy əl-Əyyubi postunu Şükri əl-Kuatlıya verir və o, prezident olduğu müddətdə, 1946-cı ildə xarici qoşunların Suriyadan çıxmasına nail olur və 1948-ci ildə təkrarən prezident seçilir.

Xarici qoşunların Suriyadan çıxması ilə dinc yolla hakimiyyət dəyişikliyi ənənəsinə də son qoyulur. Şükrü əl-Kuatlını özünün baş qərargah rəisi təyin etdiyi kürd əsilli Hüsnü əz-Zaim devirir. 4 ay 15 gündən sonra onu da öz silah yoldaşları devirirlər və Dəməşq yaxınlığında edam edirlər.

Suriyanın rəhbəri postuna gələn Sami əl-Xinnavi 2 gündən sonra vəzifəsini eks-prezident Haşim əl-Atassiyə verir. 1951-ci ildə kürd əsilli general Ədib əş-Şişəkli hərbi çevriliş edir, amma əl-Atassiyə təklif edir ki, prezident vəzifəsində qalsın, sadəcə, dövləti onun göstərişləriylə idarə etsin. Əl-Atassi belə bir varianta razılaşmır, istefaya gedir. Şişəkli Fauzi Selu adlı generalı Suriya prezidenti, baş naziri və ordunun qərargah naziri vəzifəsinə təyin edir, özü isə onun müavini olur, amma hakimiyyəti tam olaraq öz əlində cəmləyir. İki il belə davam edir, 1953-cü ildə Şişəkli Selunu istefaya göndərir və özü prezident olur. Selu Səudiyyə Ərəbistanına qaçır, orada əvvəlcə kral Səudun, sonra onun qardaşı Feysalın müşaviri işləyir.

1954-cü ildə Ədib əş-Şişəkli növbəti hərbi çeviliş nəticəsində devriləndə Selunu Dəməşqdə korrupsiya ittihamı ilə qiyabi şəkildə mühakimə edir, barəsində edam cəzası çıxarırlar.

Hakimiyyətini itirən əl-Şişəkli əvvəlcə Livana, sonra isə Braziliyaya qaçır və 1964-cü il sentyabrın 27-də orada suriyalı druz Navaf Qazaleh tərəfindən öldürülür. Qazaleh Suriyada druzların məskunlaşdığı yaşayış məntəqələrinin bombalanması zamanı həlak olan valideynlərinin qisasını aldığını deyir.

Prezident postuna yenə iki günlüyə Məmun əl-Kuzbari gəlir və hakimiyyəti müvəqqəti olaraq Haşim əl-Atassiyə ötürür. Bu postda 3-cü dəfə oturan əl-Atassi 6 aydan sonra dövlət başçısı postimi daha bir eks-prezidentə - Şükrü əl-Kuatlıya verir.

1958-ci ildə Suriya və Misir birləşərək Birləşmiş Ərəb Respublikası yaradırlar və federasiyanın prezidenti misirli Camal Əbdül Nasir olur. 1961-ci ilin 28 sentyabrında Suriya ordusunun zabitləri Dəməşqdə hakimiyyəti ələ keçirirlər, Nasirin nümayəndəsi marşal Abdel Hakim Ameri həbs edərək Suriyadan qovurlar və Suriyanın BƏR-dən çıxdığını elan edirlər.

Suriyanın başçısı müvəqqəti olaraq yenidən Məmun əl-Kuzbari olur və iki aydan sonra onu daha bir müvəqqəti prezident (İzzət ən-Nuss) əvəz edir. 24 gündən sonra Suriyanın başına Nazim əl-Kudsi keçir və o, bu vəzifədə 2 il qalır. 1963-cü ildə general Luay əl-Atasinin və BƏƏS partiyasının rəhbərliyi ilə növbəti hərbi çevriliş baş verir.

Əl-Atasidən sonra, 1963-cü ildən 1966-cı ilə qədər Suriyanı erməni əsilli Amin əl-Hafiz idarə edir, ancaq onun xristianlığa önəm verməsi dini-millətçi dairələrin xoşuna gəlmir və əl-Hafiz BAAS-ın sol qanadının rəhbəri general Salah Cədid tərəfindən devrilir, ölkədən qaçası olur.

Ancaq Salah Cədid faktiki olaraq ölkəni idarə etsə də, müdafiə naziri postunu Hafiz Əsədə, prezident vəzifəsini isə dostu, BAAS partiyasının daha bir lideri Nurəddin əl-Atassiyə verir. O, keçmiş partiyadaşlarını Mişel Aflyakı, Səlahəddin Bitarı təqib edir, ölkədən qovur.

Suriya prezidentləri: türk Sübhi bəy əl-Xalidi, kürd Şükri əl-Şişəkli, ərəb Camal Əbdül Nasir, erməni Amin əl-Hafiz, druz Hafiz Əsəd

1970-ci ilin noyabrında əl-Atassi general Hafiz Əsəd tərəfindən devrilir və türməyə salınır. 22 ildən sonra səhhəti ilə bağlı onu azad edirlər, Parisə gedir və orada ölür. Səlahəddin Bitar da 1980-ci ildə Parisdə ölür, amma öz əcəli ilə yox, onu liftdən çıxanda başının dalından iki güllə ilə qətlə yetirirlər.

Hafiz Əsəd isə Suriya prezidenti postuna müvəqqəti olaraq Əhməd əl-Xətibi təyin edir, 3 aydan sonra prezident postunu ondan alır və əl-Xətib parlament sədri olur.

Bununla da Suriyada dövlət çevrilişləri və hərbi çevrilişlər erasına uzun müddət son qoyulur. Hafiz Əsəd 1970-ci ildən 2000-ci ilə qədər hakimiyyətdə qalır, onu devirə bilmirlər. Bütün rəqiblərini, hakimiyyətə iddialıları məhv edən H.Əsəd sözün birbaşa mənasında kresloda ölür.

Ondan sonra prezident postunu müvəqqəti olaraq vitse-prezident Əbdül Xalim Xəddam tutur və 37 gündən sonra bu postu Hafiz Əsədin 35 yaşlı oğlu Bəşərə verir.

Bəşər Əsədi isə, məlum olduğu kimi, bu günlərdə devirdilər, bununla da Suriyada 61 ildir hakimiyyətdə olan BAAS partiyasının və 54 illik Əsəd rejiminin ömrü sona çatdı.

Bir sözlə, 100 ildir bu qədim torpaqlarda dinclik, əmin-amanlıq, eləcə də normal dövlət idarəçiliyi, haqq-ədalət yoxdur. Hökumət böhranları, saray çevrilişləri, hərbi qiyamlar, dünənki silahdaşların bir-birinin məhv etməsi, repressiyalar, kütləvi qətliamlar davam edir.

Elə Bəşər Əsədin də silah, zor gücünə, qan-qada ilə devrilməsi hələ son deyil. Bu o deməkdir ki, Suriyada iki-üç ildən bir baş verən dövlət çevrilişləri ənənəsi bərpa olunur. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri