Suriya qüvvələri “Əl Hol” düşərgəsini nəzarətə götürməyə hazırlaşır
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri keçmiş İslam Dövləti (İŞİD) yaraqlılarının ailə üzvlərinin saxlanıldığı Əl-Hol xüsusi düşərgəsini, eləcə də ölkənin şimal-şərqindəki əvvəllər kürd koalisiyası tərəfindən idarə edilmiş bütün həbsxanaları tam nəzarətə götürməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ərəb Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Əl-Hol düşərgəsini və bölgədəki bütün İŞİD həbsxanalarını nəzarətə götürməyə hazır olduğumuzu bəyan edirik”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl kürd koalisiyası olan Suriya Demokratik Qüvvələri (SDQ) qüvvələrini Əl-Hol düşərgəsindən çıxardığını açıqlamışdı.
Qeyd edək ki, Əl-Hol düşərgəsi 2019-cu ildə Fərat çayının şərq sahilindəki Əl-Bağuzda İŞİD terrorçu qrupunun postunun məğlub edilməsindən sonra yaradılıb. Keçmiş yaraqlıların ailələri ora göndərilib. 2019-cu ildə əhalisi təxminən 73 min nəfər olub. Müxtəlif hesablamalara görə, 2025-ci ilə qədər əsasən İraq vətəndaşlarından ibarət təxminən 50 min qaçqın orada qalıb.
Bu mövzuda digər xəbərlər:Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb
22 Oktyabr 2025 16:09
Suriya Silahlı Qüvvələri Həma şəhərinin ətrafını nəzarətə götürdü
04 Dekabr 2024 20:33
Suriya Silahlı Qüvvələri yaraqlıların Həmadakı hücumunu nəzarətə götürüb Doğru Xəbərlər
01 Dekabr 2024 11:49
Suriya müxalifəti Dəməşqi nəzarətə götürdü
08 Dekabr 2024 09:50
Baxış sayı:56
Bu xəbər 20 Yanvar 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















