Suriya rejimi zorla əsgər toplayır: tələbələri də cəbhəyə göndərdilər
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Suriyada Bəşər Əsəd rejimi Latakiya vilayətində məcburi hərbi xidmətə cəlb etmələri artırıb.
Publika.az xəbər verir ki, bu barədə yerli mənbələrdə bildirilib.
Məlumata görə, rejim Tartus əyaləti ilə Lazkiyənin Banyas və Ceble rayonlarına sursat və silah paylayır. Könüllü olmaq istəyənlərə ayda təxminən 200 dollara bərabər olan 3 milyon Suriya lirəsi təklif edilir. Bu məbləğ Suriyada dövlət qulluqçusunun maaşının təxminən 10 misli qədərdir.
Suriya rejimi orduya könüllü qoşulmaq istəyən olmadığı üçün son iki gün ərzində sənaye bölgələrinə basqın edərək 18-40 yaş arası insanları saxlayıb.
Rejim məhəllələrdə keçid məntəqələri quraraq hərbi xidmətini 6 ay gecikdirmək hüququ olan tələbələri də zorla cəbhə bölgəsinə cəlb edib. Bu səbəbdən gənclərin bir qismi evlərində gizlənir, bəziləri isə şəhərdən qaçmağa çalışır.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















