Suriya və Hizbullah toqquşması: Kim hücum edib?
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ötən gün axşam Suriya və Livan sərhədində gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, İRNA Livan rəsmilərinə istinadla bildirib ki, Suriyadan Livan ərazisinə keçməyə cəhd edən silahlıların öldürülməsindən sonra Suriya müvəqqəti hökumətinin Müdafiə Nazirliyi Livanın sərhəd bölgələrini artilleriya atəşinə tutmağı əmr edib. Bunun ardınca Suriya ordusu Livan ərazisinə zərbələr endirib. Bu isə sərhəddə gərginliyin yaranmasına səbəb olub.
“Livan Hizbullahı Suriyadakı hadisələrlə özünün hər hansı əlaqəsini inkar edən bəyanatla çıxış etsə də, suriyalı rəsmilərin verdiyi məlumata görə, bir qrup Hizbullah üzvü Xümsün qərbindəki Zeyta bəndi yaxınlığında iki ölkə sərhədində pusqu quraraq, Suriya ordusunun üç silahlısını qaçırıb və Livan ərazisində öldürüb. Suriya silahlıları bu iddiaları səsləndirdikdən sonra bütün lazımi tədbirləri gördüklərini bəyan edib”, - nəşr yazıb.
Bunun əksinə olaraq, Livan mediası üç suriyalı silahlının Livan ərazisinə daxil olmasından sonra qəbilə qüvvələri tərəfindən hədəf alınaraq öldürüldüyünü iddia edib. Livan ordusu 3 Suriya əsgərinin cəsədini Suriyaya daşımaq üçün Qırmızı Xaç Cəmiyyətinə təhvil verdiyini elan edib.
Bununla bağlı Livan Hizbullahının informasiya şöbəsi ikinci dəfə bəyanat yayaraq bildirib ki, bazar günü Livan və Suriya sərhədlərində baş verən hadisələrdə qruplaşmanın hər hansı əlaqəsini qəti şəkildə inkar edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 Mart 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















