Suriya və İsrail rəsmiləri sabah Bakıda təhlükəsizlik danışıqları aparacaq
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriya və İsrail rəsmiləri Bakıda təhlükəsizlik danışıqları aparacaq.
Missiya.Az xəbər verir ki, bu barədə “AFP” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və İsrailin strateji işlər naziri Ron Dermer sabah Bakıda ikinci dəfə görüşəcəklər.
Qeyd olunub ki, görüşdə əsas müzakirə mövzusu Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti olacaq.
Məlumata görə, tərəflər ilk dəfə ötən həftə Parisdə, ABŞ-nin vasitəçiliyi ilə bir araya gəliblər. Həmin görüşdə 1974-cü il atəşkəs razılaşmasının bərpası və Süveyda vilayətindəki gərginliyin azaldılması yolları müzakirə edilib.
Daşqın Həsənov
Missiya.Az

Suriya və İsrail rəsmiləri Bakıda danışıqlar aparacaq
12 İyul 2025 18:07
Sabah Bakıda Suriya və İsrail rəsmiləri arasında görüş keçiriləcək
30 İyul 2025 19:49
Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb
13 İyul 2025 12:34
Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq KONKRET
08 May 2025 09:33
Bakıda İsrail Suriya danışıqları olub Sensasion xəbər
16 May 2025 11:40

