Icma.az
close
up
RU
Suriya: YAXIN ŞƏRQİN AÇARI

Suriya: YAXIN ŞƏRQİN AÇARI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Suriyada son günlər baş verən hadisələr, əlbəttə ki, hələ də dərin və diqqətli şəkildə təhlil tələb edir. Nəzərə almaq lazımdır ki, bu ərəb ölkəsindəki vəziyyətə Fransanın mandatının başa çatmasından və ölkənin müstəqillik əldə etməsindən sonrakı siyasi dinamikanı nəzərə almaqla, mütləq ümumi kontekstdə baxmaq lazım gəlir.

Suriya məsələsinə hələ çox “toxunmaq” istəyən olacaq və bunun təsirlərinin də qaçılmaz olduğu bir reallıqdır

Hazırki məqamda, ələlxüsus da Suriya məsələsinin gündəmdə olduğu bir zamanda məşhur ingilis şərqşünası Patrik Sialın əsərləri yada düşür. Çünki həmin ingilis şərqşünas məhz Suriyaya dair özünün iki kitabında bu ölkənin bütövlükdə elə Yaxın Şərqə “nəzarət”in açarı olduğunu iddia etməsi tamamilə yerinə düşür. Məhz həmin ingilis şərqşunası Sialın sözlərinə görə, Suriyadakı hadisələrin mahiyyətinin müəyyən edilməsində üstünlük qazanan tərəf və ya partiyalar oyunun qaydalarını diktə etmək və öz gündəmlərini regionun qalan hissəsinə tətbiq etmək üçün çox daha yaxşı vəziyyətdə olacaq görünürlər. Belə çıxır ki, Suriya məsələsinə hələ çox “toxunmaq” istəyən olacaq və bunun təsirlərinin də qaçılmaz olduğu bir reallıqdır.

Əslində, bir çoxları elə hesab edirlər ki, region ölkələrinə nüfuz etmək üçün Suriyanın indiki vəziyyətindən istifadə niyyəti hər an ortaya çıxa bilər. Onsuz da bu vaxta qədər olan müdaxilələr də az deyildi. Hər halda, bundan sonra daha çox olacağı qənaəti də məhz elə həmin fikirdən qaynaqlanır. Görünür, elə məhz Suriyanın Yaxın Şərqin açarı hesab edilməsi də buna görədir. Yəqin ki, hadisələrin bundan sonra necə cərəyan edəcəyini gözləmək qalır, çünki indidən proqnoz vermək hələ çox tezdir və belə güman olunur, hər şey zamanında özünü göstərə bilər. Bununla belə, region ölkələrinə təsir məsələsi nəzərə alındığı üçün Suriyanın məhz Yaxın Şərqin açarı olması fikrinə qətiyyən qarşı deyilik.

Suriyadakı hadisələrin, mövcud vəziyyətin Yaxın Şərqə, regiona təsirləri hər kəsi düşündürür

Bəli, Suriyada hakimiyyət çox tez çökdü. Bununla bağlı çoxlu sayda suallar hələ də açıq və cavabsız qalır. Məsələn, belə bir sual yaranır ki, Bəşər Əsəd rejimi niyə süqut etdi? Həmin sual ümumiyyətlə, hələ bundan sonra çox səsləndiriləcək. Həqiqətən də maraqlı və düşündürücü sualdır, amma daha çox diqqəti cəlb edən, daha böyük maraq doğuran, ən çox düşündürən sual Suriyada artıq baş verənlər yox, bundan sonrakı gözləntilər və həmin hadisələrin hansısa təsirləri ilə bağlıdır. Beləki, insanları düşündürən ən ilginc sual, məhz vəziyyətin bundan sonra hansı şəkildə dəyişəcəyi ilə bağlılıdr. Ümumiyyətlə, Suriyadakı məlum hadisələrin, dəyişikliklərin, mövcud vəziyyətin bundan sonrakı təsirləri, ələlxüsus da Yaxın Şərqə, regiona təsirlərinin necə olacağı hər kəsi düşündürür. Həqiqətən də maraqlıdır ki, görəsən, Suriyadakı hadisələr Yaxın Şərqdəki vəziyyəti necə dəyişə bilər, yaxud necə dəyişəcək və təsirləri də necə olacaq?

Suriya uğrunda mübarizə, əslində, Yaxın Şərq uğrunda mübarizədir

Tarix təsdiq edir ki, Suriya məhz region ölkələrinin klassik Avropa müstəmləkəçiliyinə qarşı apardığı mübarizədə, daha sonra isə ABŞ başda olmaqla Qərbin burada hərbi ittifaq sistemi yaratmaq cəhdlərinin qarşısının alınmasında müxtəlif zamanlarda həlledici rol oynayıb. Qərb həqiqətən də istənilən şəkildə qurulan ittifaqları məhz “strateji boşluğu” doldurmaq istəyi kimi hər zaman təqdim edib, amma tarixi reallıqlar da öz sözünü deyir. Hər halda, dünya ictimaiyyətinin diqqətini cəlb edən elə məqamlar var ki, onları təkzib etmək və ya əksini söyləmək absurd görünür. Daha dəqiq desək, Suriyanın hansı şəkildə Yaxın Şərq üçün açar olması fikrinin də əsaslandırılması da heç nədən yaranmayıb. Əgər ingilis şərqşunasının timsalında kimlərsə belə bir fikirdədirlərsə, deməli, istinad etdikləri məqamlar var.

Bir çox politoloqlar qeyd edirlər ki, Süveyş kanalını milliləşdirəndə Suriya Misiri dəstəkləyib və 1956-cı ildə üçtərəfli təcavüzə də əməlli başlı müqavimət də göstərib. Onlar xüsusilə diqqətə çatdırırlar ki, 1958-ci ilin fevralında isə Suriya-Misir birliyi bəyannaməsi bölgənin üzləşdiyi çoxsaylı təhlükələrə qarşı qalxan olub. Daha sonra 1963-cü ildə Misir, İraq və Suriya arasında üçtərəfli birlik yaratmaq üçün danışıqlar da aparıldığı bir çox siyasətçilər tərəfindən vurğulanır. Bunun ardınca isə 1966-cı ildə Suriyada baş verən çevrilişin ərəblər arası koordinasiyanı pozduğu və 1967-ci ildə ərəblərin məğlubiyyətinin amillərindən də birinə çevrildiyi həmin siyasətçilər və politoloqlar tərəfindən nəzərə çatdırılır. Onlar xüsusilə xatırladırlar ki, Misir-Suriya əməkdaşlığı 1973-cü ilin oktyabrında ərəblərin müharibədə irəliləyişində belə mühüm rol oynayıb. Təbii ki, məhz elə bütün bunlar nəzərə alınaraq, buradan bir çox regional və beynəlxalq oyunçular belə nəticə çıxarırlar ki, Suriya uğrunda mübarizə, əslində, Yaxın Şərq uğrunda mübarizədir.

Qısamüddətli nailiyyətlər gələcəkdə böyük problemlərə belə açar ola, təhlükə yarada bilər

Hansısa nailiyyətlər hələ hər şey demək deyil və bunun təsirlərinin nədən ibarət olacağı da sual doğuran məqamlardır. Təkzib etmək olmaz ki, qısamüddətli nailiyyətlər gələcəkdə böyük problemlərə belə açar ola, təhlükə yarada bilər. Nəzərə almaq lazımdır ki, Suriyada xaos və artan etnik parçalanmanın olması təkcə Suriya xalqı üçün arzuolunmaz nəticələr vəd etmir. Beləki, məhz Suriyada baş verənlərin, ələlxüsus da qarışıqlığın, parçalanmaların həm də qonşu ölkələr üçün dəhşətli nəticələrə səbəb ola biləcəyi ilə bağlı proqnozlar da dünyanın siyasi gündəmini zəbt edib. Məsələn, nümunə üçün qeyd edək ki, Amerikanın “Middle East Forum” jurnalı məhz Suriyadakı hadisələri, ələlxüsus da oradakı mövcud durumu, xaosu əsas gətirərək, İordaniya kralı II Abdullahın süqutunun mümkünlüyünü belə proqnozlaşdırır.

Suriyada hər şeyin hələ yeni başladığı ilə bağlı çoxlu sayda fikir və mülahizələr var. Bununla belə, Heyət Təhrir əl-Şamın İdlib üzərindəki nəzarətini bütün Suriyaya ekstrapolyasiya edə bilməsi ehtimalı çox azdır. Modelin genişləndirilməsi ümumiyyətlə, qeyri-mümkün görünür. Əvvəla ona görə ki, Suriya coğrafi baxımdan belə böyükdür. Digər tərəfdən də çox müxtəliflik var və hazırda islamçıların təsirli hesab etdikləri nəzarətindən də kənar silahlı adamlarla doludur. Yeri gəlmişkən, onu da diqqətə çatdıraq ki, bu təşkilat ABŞ, Rusiya və Avropa İttifaqının özündə belə terrorçu hesab olunur.

Əlbəttə ki, ekstremist qruplar təkcə Suriyanın qonşuları üçün deyil, bütün ərəb ölkələri üçün qorxuludur. Xüsusilə İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi üçün təhlükəli hesab olunmaqdadır. Bir çox politoloqlar hesab edirlər ki, region bu gün yenidən kürd məsələsinin kəskinləşməsi ilə üz-üzədir. Ələlxüsus da nəzərə almaq lazımdır ki, amerikalılar Suriyanın şərqindəki kürd təşkilatlarına himayədarlıq edirlər və bunu heç də görməməzlikdən gəlmək və hesaba almamaq mümkün deyil. Yenə də bütün bunlar bəzi politoloqlara onu deməyə əsas verir ki, Suriya Yaxın Şərqin açarı sayılır.

Yaxın Şərqin “qıfılını” açmaq cəhdləri qətiyyən istisna edilə bilməz

Əlbəttə ki, Suriyada hakimiyyətin transformasiyasına ümumi yanaşmanın hazırlanması üçün ilk növbədə İran, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya ilə təcili məsləhətləşmələri bir çox siyasətçilər zəruri hesab edirlər. Söhbət Əsəd hökumətinə qarşı tətbiq edilən sanksiyaların dərhal ləğvindən, istənilən fraksiya münaqişəsinə qarşı razılığın əldə olunmasından və Suriyaya humanitar, eləcə də iqtisadi yardım proqramlarının hazırlanmasından gedir. Hər halda, hansı proqramların, ümumiyyətlə, hansı yanaşmanın hazırlanması məsələsi bundan sonra bəlli olacaq. Amma bununla belə deyə bilərik ki, əgər ölkə məhz “açar” hesab olunursa, deməli, elə həmin kontekstdə də yanaşılacaq.

Həmçinin, Türkiyə və İsraillə ümumi razılaşdırılmış mövqe əsasında danışıqlara başlamaq da əsas şərtdir. Etiraf etmək lazımdır ki, hər iki ölkə regionda söz sahibi hesab olunur və bu məqamda razılaşdırılma olmadan nəyə isə ümid etməyə belə dəyməz. Xüsusən nəzərə alınmalıdır ki, Suriyanın dağılması istər suriyalılar, istərsə də region üçün daha pis nəticələrə də səbəb ola bilər və razılaşdırılma dedikdə də politoloqlar tərəfindən nəyin nəzərdə tutulduğu da bu mənada anlaşılandır. Hansısa xarici qüvvələr bu məsələdən öz məqsədləri üçün istifadə etməyə cəhd etdikləri təqdirdə, məsələn, Suriyadan ərazilərin müəyyən hissələrini “qoparmaq” cəhdləri ortaya çıxdıqda heç də xoşagələn hadisələr gözlənilə bilməz. Əslində, belə bir hal beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir, amma zidd olub-olmamasına baxmayaraq, belə cəhdlərin olma ehtimalı da var. Hər halda, işğalçı ölkə olan Ermənistanın da məhz həmin o beynəlxalq hüquq və haqqında qeyd olunan Nizamnaməyə məhəl qoymadan qonşu ölkənin, yəni, ölkəmizin ərazilərini “zəbt” etməsi “təcrübəsi” həmin ehtimalın reallığa nə dərəcədə yaxın olduğunu təsdiqləyir. Deməli, Yaxın Şərqin “qıfılını” açmaq cəhdləri qətiyyən istisna edilə bilməz və bunun üçün açar hesab olunan ölkə elə məhz bu baxımdan Suriya hesab olunur...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see266

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see265

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see256

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see253

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see241

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see233

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see227

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see217

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see216

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see212

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see206

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see197

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see195

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see187

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see186

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see180

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see179

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see171

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see171

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri