Suriyada 12 il sonra ilk: bu xidmətlər yenidən istifadəyə veriləcək
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriya ilə normallaşma addımları çərçivəsində nəqliyyat və ticarətdə yeni dövr başlayır. Dəməşq Beynəlxalq Hava Limanı dekabrın 18-i çərşənbə günü yenidən istifadəyə veriləcək. Digər tərəfdən, 12 ildir bağlı olan Mersin-Hələb Dəmir Yolu Xəttinin yenidən açılması gündəmdədir.
Publika.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi xəttin Türkiyə hissəsində qalan relslərə nəzarət və yoxlama işlərini yekunlaşdırıb. Suriyanın da xəttin fəaliyyətə başlaması üçün addımlar atacağı gözlənilir.
Dəməşq rəhbərliyinin münasibəti həlledici olacaq və razılıq əldə olunarsa, Suriyada relslərin təmiri planlaşdırılır. Dövlət Dəmir Yolları qrupları İskenderun və Mersin limanlarından yük daşımalarının, Qaziantep və Kilis üzərindən sərnişin daşımalarının bərpası üçün Türkiyə tərəfindəki relsləri yoxlayıb. Xətt fəaliyyətə başlasa, Mersin və Hələb arasında sərnişin və yük daşımalarının olması gözlənilir.
2010-cu ildə başlanan, lakin Suriyadakı vətəndaş müharibəsi səbəbilə dayandırılan dəmir yolu xəttinin Dəməşqə qədər uzadılması da gündəmdədir. Bu addım Hicaz Dəmiryolunun Suriya mərhələsinin yenidən aktivləşməsi deməkdir. İstanbuldan Məkkəyə qədər uzanan tarixi xəttin bir hissəsi olan bu layihənin reallaşması iki ölkə arasında ticarət və nəqliyyata əhəmiyyətli töhfə verəcək.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















