Icma.az
close
up
RU
Suriyada Bəşər Əsəd rejiminin çökdüyü elan edildi YENİLƏNİB

Suriyada Bəşər Əsəd rejiminin çökdüyü elan edildi YENİLƏNİB

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "Röyters" agentliyi adı açıqlanmayan suriyalı zabitə istinadən yazır.

“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması ilə bağlı zabitlərə məlumat verib”, - məlumatda deyilir.

Suriyadakı terrorçular Dəməşqin “artıq Əsəddən azad olduğunu” bildiriblər.

*** 08:16

Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Məlumata görə, Əsədin təyyarəsi naməlum istiqamətə uçub.

Rusiya, Türkiyə, İran və bir sıra ərəb ölkələri də daxil olmaqla Suriya müzakirəçiləri böhranın həlli ilə bağlı bəyanat yayıb və siyasi həllə çağırıblar.

Məlumata görə, araqlılar Dəməşqin 130-150 km-də yerləşən Homs şəhərini nəzarətə götürüblər. Suriya Müdafiə Nazirliyi Suriya ordusunun Latakiya əyalətinin şimalından çıxarılması ilə bağlı xəbərləri təkzib edib. Dəməşqdə partlayış səslərinin eşidildiyini, hava limanının fəaliyyətini tamamilə dayandırdığı bildirilir.

"Əl-Cəzirə" kanalı Suriya hərbçilərinin Dəməşqin mərkəzini tərk etdiyini, mərkəzi televiziya binalarının isə kənar şəxslər tərəfindən zəbt edildiyini iddia edir. Eyni zamanda, məlumata görə, silahlı terrorçular Dəməşqin ən böyük həbsxanalarından biri olan “Seydnaya”nın bütün məhbuslarını azadlığa buraxıb.

Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" telekanalı Suriya baş nazirinin bəyanatına istinadən onun evində olduğunu və oranı tərk etmək fikrində olmadığını, suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazır olduğunu bildirib.

Hazırda Dəməşqdə şiddətli atışma gedir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Dekabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see389

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see157

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri