Icma.az
close
up
RU
Suriyada hökuməti kimlər idarə edəcək? Adlar AÇIQLANDI

Suriyada hökuməti kimlər idarə edəcək? Adlar AÇIQLANDI

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Bəşər Əsədin devrilməsindən sonra Suriyada hakimiyyət müxalifətə təhvil verilib. Suriya müxalifəti elan edib ki, yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü ərzində ölkəni müvəqqəti hökumət idarə edəcək

Turkustan.az xəbər verir ki, Türkiyənin "Karar" qəzeti yeni hökumətdə təmsil oluna biləcək bir sıra şəxslərin adlarını açıqlayıb.

Bildirilir ki, Bəşər Əsədin aparıcı siyasi rəqibləri olan 10-a yaxın adam Suriyada rəhbər vəzifələr tuta bilər.

Onlar arasında sabiq baş nazir Riyad Hicab, Suriya silahlı müxalifətinin lideri, Dəməşqdə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasına rəhbərlik edən Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa da var.

Digər mümkün namizədlər arasında Suriya hökumətinin hazırkı rəhbəri Məhəmməd Qazi əl-Cəlali, Suriya müxalifətinin Milli Koalisiyasının lideri Hadi əl-Bəhra, Suriya Milli Şurasının keçmiş liderləri Burhan Qalyun, Əhməd Muaz əl-Xatib, Əbdül Basit Seida, Corc Sabra, Suriyanın keçmiş kənd təsərrüfatı naziri Esad Mustafanın adı çəkilir.

Hadi əl-Bəhrə "Middle East Eye" portalına deyib ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb. /modern.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri