Icma.az
close
up
RU
Suriyada iki gündə 1000 nəfər ölüb

Suriyada iki gündə 1000 nəfər ölüb

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya İnsan Haqları Müşahidə Mərkəzinin hesabatına əsasən, cümə və şənbə günləri ölkənin sahil bölgələrində davam edən münaqişə nəticəsində 745 mülki şəxs, 125 hökumət təhlükəsizlik qüvvələrinin əməkdaşı və devrilmiş prezident Bəşər Əsədə bağlı silahlı qruplaşmaların 148 üzvü öldürülüb.
Suriya prezidenti Əhməd əl-Şəraa bazar günü milli birliyə çağırış edərək, ölkənin "mövcudluğunu qoruyub saxlamaq üçün kifayət qədər potensiala malik olduğunu" bildirib.
"Biz milli birliyi və daxili sabitliyi qorumalıyıq, birgə yaşaya bilərik," – deyə Şəraa Dəməşqin Məzzə məhəlləsində, uşaqlıq illərini keçirdiyi məsciddə çıxışı zamanı deyib.
Qeyd edək ki, toqquşmalar cümə axşamı başlayıb və Əsədin dekabr ayında devrilməsindən sonra ölkənin yeni hakimiyyətinə qarşı ən ciddi təhlükələrdən biri hesab edilir. Hazırda hakimiyyətdə olan və Şəraa tərəfindən idarə edilən "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması üç ay əvvəl nəzarəti ələ alıb.
Əsəd onilliklər boyu davam edən avtoritar idarəçiliyin və vətəndaş müharibəsinin ardından hakimiyyətdən uzaqlaşdırılıb. Ələvi icması isə uzun müddət onun rejiminin əsas dayaqlarından biri olub.
Rəsmilər mülki şəxslərə qarşı edilən hücumlarda və silahlı basqınlarda nizamsız silahlı dəstələri günahlandırır. Hökumətə yaxın mənbələrin bildirdiyinə görə, bu qruplaşmalar keçmişdə Əsəd tərəfdarları tərəfindən törədilmiş cinayətlərə görə qisas almağa çalışır.
Gecə boyu bir neçə şəhərdə toqquşmalar davam edib. Təhlükəsizlik mənbələrinin Reuters agentliyinə verdiyi məlumata görə, Əsədə sadiq silahlı dəstələr son 24 saat ərzində müxtəlif strateji obyektlərə hücumlarını artırıblar.
Röya Əliyeva
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see653

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see595

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see402

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see273

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see272

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see271

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see269

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see264

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see254

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see252

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see250

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see247

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see243

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see234

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see224

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see217

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see212

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see212

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see208

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri