Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyada Cebse Qaz Zavodundan qaz tədarük edən boru kəmərində partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya Milli Neft Şirkəti (SPC) açıqlaması yayıb.
Bildirilib ki, partlayışdan sonra boru kəmərində qaz axını dayandırılıb, quyular təcrid olunub, təhlükəsizlik klapanları bağlanıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
SPC bildirib ki, partlayışdan dərhal sonra təmir qrupları əraziyə cəlb olunub. İşlərin fasiləsiz davam etdiyi və boru kəmərinin yenidən istifadəyə verilməsi üçün bütün imkanların səfərbər edildiyi qeyd olunub.
Qaz təchizatının dayanması bəzi elektrik istehsal edən turbinlərin yanacaq təminatına da təsir göstərib. Yaranan çatışmazlığın mövcud alternativ mənbələr hesabına aradan qaldırılması üçün Suriya Elektrik Şirkəti ilə koordinasiya yaradılıb.
Hadisə nəticəsində heç bir işçinin xəsarət almadığı bildirilib.
SPC-nin məlumatına görə, ilkin araşdırmalar partlayışın təxribat nəticəsində baş vermiş ola biləcəyini göstərir.
Hadisənin səbəblərinin tam müəyyənləşdirilməsi üçün müvafiq qurumlarla birgə istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 19 Avqust 2026 06:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















