Suriyada qaz elektrik stansiyasında növbəti qarşıdurma
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tartus əyalətində yerləşən Baniyas liman şəhərində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında yeni toqquşmalar başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Keçmiş prezidenti dəstəkləyən silahlı dəstələrin şəhərin enerji infrastrukturunu məhv etmək üçün zavoda hücum etdiyi iddia olunur.
Bildirilir ki, Suriya müvəqqəti hökumətinə tabe olan təhlükəsizlik qüvvələri stansiyaya nəzarəti bərpa etməyə çalışır.
Qeyd edək ki, Baniyas Suriyanın qərb sahilində yerləşən, Latakiya ilə Tartus arasında yerləşən şəhər və limandır. Həmçinin Dəməşqin nəzarətində olan ərazilərdə qaz və neft sənayesi üçün mühüm mərkəzdir.
Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar başlayıb. Ən ağır döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Mart 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















