Icma.az
close
up
RU
Suriyada sular durulmur: Müharibə Netanyahunu hakimiyyətdə saxlayır

Suriyada sular durulmur: Müharibə Netanyahunu hakimiyyətdə saxlayır

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, hökumət qüvvələri isə hərbi müdaxilələlərlə vəziyyəti normallaşdırmağa çalışır. 


Yaranmış vəziyyətdə İsrail də öz maraqlarına uyğun olaraq  Suriyaya hücumlarını davam etdirir. Duruzları müdafiə edən İsrail Suriyanın hazırkı prezidentinin legitimliyini qəbul etmir, onun hakimiyyətdən getməsini istəyir. Bəzi iddialara görə hətta İsrail sui-qəsd cəhdi ilə Suriyanın müvəqqəti rəhbərini öldürməyə çalışır. 

Suriyanın indiki hakimiyyətini müdafiə edən əsas ölkə isə Türkiyədir. Bəzi proqnozlara əsasən, İsrail Suriyaya qarşı hücumlarını dayandırmasa Türkiyə Suriyaya hərbi yardım edəcək və bununla da İsraillə toqquşma baş verəcək. 

Suriyadakı vəziyyəti Sfera.az-a şərh edən politoloq Kənan Novruzov bildirib ki, hazırkı vəziyyətdə İsrail müharibəni dayandırsa, İsraildə siyasi hakimiyyət dəyişikliyi baş verə bilər: 


“Baş nazir Benyamin Netanyahu vəzifədən uzaqlaşdırıla, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər. Çünki İsrailə qarşı beynəlxalq səviyyədə təzyiqlər artır. Beynəlxalq ictimai rəydə isə Türkiyə və Ərəb dünyası daha təsirli və nüfuzlu görünür. İkincisi, İsrail daxilində sosial narazılıq getdikcə güclənir. Müharibənin əsas yükü hər zaman sıravi vətəndaşların üzərinə düşdüyü üçün ictimai narazılıq artır.


Üçüncüsü, ölkənin siyasi elitasında fikir ayrılıqları və daxili çəkişmələr dərinləşir. Son dövrlərdə bəzi nazirlər istefa verir, digərlərini isə Netanyahu özü vəzifədən uzaqlaşdırır. Kadr dəyişiklikləri hökumətin daxilində gərginliyin artdığını göstərir. Hökumət daxilində Netanyahuya qarşı çıxan xeyli sayda siyasətçi və məmur var”.

O, Netanyahunun bu gərginliyi azaltmaq və öz hakimiyyətini qorumaq üçün müharibələrdən vasitə kimi istifadə etdiyini qeyd edib:

“Müharibələr dayansa, hakim elita üçün vəziyyət daha da ağırlaşacaq. Məhz bu səbəbdən, İranla toqquşma bitər-bitməz İsrail Suriyaya hücum etdi.
Digər tərəfdən, Suriyada Əhməd Əş-Şaraanın rəhbərlik etdiyi hökumətin möhkəmlənməsi İsraili narahat edir. Çünki Əş-Şaraanın siyasəti əvvəlki Bəşər Əsəd hakimiyyətindən fərqli olaraq, Türkiyəyə qarşı daha konstruktiv və əməkdaşlığa açıqdır. Bu da öz növbəsində Türkiyəyə qarşı terror təhdidinin azalmasına səbəb olur. Əvvəllər terrorçu qrupların bir qismi Suriyada yerləşirdi və Əsəd rejimi onlara dolayı yolla dəstək verirdi. İndi isə vəziyyət dəyişib”.

K.Novruzov əlavə edib ki, Ankaranın Yaxın Şərqdəki mövqeləri güclənir və bu, İsrailin maraqlarına ziddir: “Buna görə də İsrail bölgədə yeni gərginlik ocaqları yaratmağa, Suriyada münaqişəni yenidən alovlandırmağa və Əş-Şaraanın hakimiyyətinin möhkəmlənməsinin qarşısını almağa çalışır".

Fidan Hacızadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri