Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Suriyada Türkiyəyə beynəlxalq etimad 24 ildən sonra Dəməşqə daha bir fürsət

Suriyada Türkiyəyə beynəlxalq etimad 24 ildən sonra Dəməşqə daha bir fürsət

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyadakı əsədlər hakimiyyəti yarıməsrdən artıq keçmiş SSRİ və onun varisi Rusiyanın himayəsində olub. İranda 1979-cu il fevral inqilabından sonra Tehranla Dəməşq arasında isti münasibətlər qurulub. İran hakimiyyəti bu ölkədə dini-siyasi-ideoloji məktəbini qurub.

Bu il dekabrın 8-də Suriyada sovetlərdən və Xomeyni inqilabından qalma sülalə hakimiyyəti süquta uğradıldı. Rejimin başçısı Bəşşar Əsəd Moskvaya sığındı. O, bu hərəkəti ilə əsas himayəçisini də göstərdi.

Suriyada yeni qüvvələr hakimiyyətə gəlib. Onlar əsədlərin himayədalrından imtina edir. Əhməd əl-Şara hətta kostyum və qalstuku ilə belə yönünü müəyyənləşdirib.

İsrailin Baş naziri Binyamin Netanyahunun sözlərinə görə, Tehran Suriyada Bəşşar Əsəd rejiminin saxlamaq üçün 30 milyard dollar xərcləyib: “Bu məbləğ 11 gün ərzində göyə sovrulub, külə döndü”.

Bu süqut HƏMAS, Livan “Hizbullah”ından sonra İran hakimiyyətinə vurulan zərbə idi. Tehran bu məğlubiyyəti həzm və qəbul edə bilmir. O, uduzmağının səbəbini özündə deyil, xarici qüvvələrdə axtarır.

Benyamin Netanyahu

İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri, keçmiş xarici işlər naziri Kamal Xərrazi Suriyada rejimin süqutundan bəhs edərək, deyib ki, baş verənlər ABŞ-İsrail planı olub: “ABŞ dövlət katibinin müavinin dərhal Dəməşqə səfəri və Təhrir əş-Şam lideri Əbu Məhəmmədin həbsi üçün təyin olunan 10 milyon dollar mükafatın ləğv edilməsi bunda sübutdur”.

O Suriyadakı hadisələrdə türkiyənin də rolunun olduğunu vurğulayıb: “Ankara Suriyada nəzarəti ələ keçirmək üçün müxalif qüvvələrə maddi-texniki və təlim dəstəyi üçün fəaliyyət göstərib...”.

Belə qənaətə gəlmək olar ki, Bəşşar Əsəd məsələsində Rusiya ilə aralarında yanaşma fərqi olub. İş o yerə çatdı ki, Rusiya Prezidenti Vladimir Putin İranın Suriyadan 4 min hərbçisini çıxardıqları iddiasını İslam Respublikası təkzib etdi.

İran parlamentinin milli təhlükəsizlik məsələləri üzrə komissiyasının üzvü general İsmayıl Qusari deyib ki, İslam Respublikasının Suriyada o sayda hərbçisi olmayıb.

Onun sözlərinə görə, Suriyadan Rusiyanın çıxardıqları Livan, Əfqanıstan, Pakistan, və başqa ölkələrin vətəndaşları, habelə ülahəzrət-Rüqəyya və ülahəzrət-Zeynəbin məqbərəsinin xidmətçiləri olub: “İran son anadək ümid edirdi ki, Suriya ordusu və rəhbərliyi müqavimət göstərəcək. Ancaq nə ordu, nə də Bəşşar Əsədə effektli müdafiə oluna bilmədi”.

Məlumata görə, son hadisələr zamanı İran Suriyada 15 nəfərini itirib.

“Xatəmi əl-Ənbiya” qoşunu qərargahı rəisinin müavini general Əsədi də Vladimir Putini təkzib edərək deyib ki, iranlı hərbçilər ölkədən müstəqil şəkildə çıxıblar. Rəsmi Tehran adamlarına Livandan keçərək, ölkəyə qayıtmalarını məsləhət görüb.

Putinin dediklərinin doğru, İranın təkzibindən asılı olmayaraq Suriyadan İslam Respublikasının qüvvələrinin çıxdığı ehtimal böyükdür.

“Əl-Ərəbiyyə” telekanalı İranın proksi qüvvələrinin qədim Palmira şəhərində yerləşdiyi bazada görüntülər yayıb. Orada silah-sursat və İran pilotsuz təyyarələrinin saxlanması üçün istifadə etdikləri anqarlar müşahidə olunub.

Suriyadan yaxın zamanda Rusiya hərbi bazasının da ləğv ediləcəyi ehtimal olunur. Çünki həm ABŞ-nin, həm də RF-nin hərbi bazası yerləşdirildiyi elə bir ölkə yoxdur. Bu baxımdan Rusiyanın hərbi bazalarının (Tartus və Hmeym) Suriyada qalacağı ehtimal çox azdır. Artıq onların daşınıb çıxarılması istiqamətində planlar cızılır.

İranla Suriyadakı keçid hakimiyyəti arasında hələ təmasın olmadığı bildirilir. Ölkəni ali rəhbəri ayətullah Seyid Əli Xamənei isə iddia edib ki, Tehrana bağlı qruplar yekunda Suriyada qələbə qazanacaq.

Suriyadan Rusiya və İran Bəşşar Əsədlə birlikdə çıxarıldı. Əhməd əl-Şaraanın başlıq edəcəyi Suriya hansı yolu tutacaq? Əvvəllər iki yol olub – şimal və qərb.

Bəzi ölkələr (Hindistan, İran) bir vaxtlar üçüncü yolla getmək istədi. Ancaq bu xətt səmərəli olmadı. Hindistan daha çox qərbə meyllənib. İran isə bu istiqamətdə getmək üçün can atır. Ancaq hələ ki bu istiqamətdə danışıqlar aparır.

Rusiya SSRİ ola bilmir. O daha çox Çinə arxalanır. Bu, Xalq respublikası isə münaqişə və qarşıdurmalardan yayınmağa cəhd göstərir. Onun əsas hədəfi bazarları ələ keçirməklə rəqibləri, düşmənləri iqtisadi cəhətdən sıradan çıxarmaq, məğlub etməkdir.

Odur ki, Suriyanın gələcəkdə qərbə, daha çox Türkiyəyə meyllənəcəyi ehtimal çoxdur. Əslində Bəşşar Əsəd hakimiyyətə gələndə Vaşinqton və Ankara ona islahat aparmağı, demokratik dəyərlərə üstünlük verməyi məsləhət görmüşdülər. Ancaq baş verənlər onun bu istiqamətdən imtina etdiyini təsdiqləyir.

Belə qənaətə gəlmək olar ki, Əhməd əl-Şaraa 24 il əvvəl Suriya hakimiyyətinə təklif edilən yolla gedəcək.

Bu günlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfəri, müvəqqəti hakimiyyətin başçısı ilə görüşü, tərəflər arasında razılaşmalar yeni rejimin qərblə əməkdaşlıq edəcəyini deməyə əsas verir.

2010-cu ilin dekabrında Afrikanın şimalında başlamış “ərəb baharı” hərəkatları üçün onda Türkiyənin müasir modeli örnək sayılırdı.

Ancaq bəziləri bu yolla getməkdən imtina etdikləri üçün uğursuzluqla üzləşdilər.

Əhməd əl-Şaraanın müsahibə və açıqlamalarından belə görünür ki, o, Türkiyənin yardımı ilə yeni Suriya qurmağı hədəfləyir.

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyaya hakimiyyət institutlarının yaradılmasında və konstitusiya hazırlanmasında kömək edəcəklərini vəd edib.

Təcrübə onu da sübut edib ki, bir dövlətdə rəsmi silahlı qüvvələrdən başqa hərbiləşdirilmiş qruplamaların mövcudluğu ölkənin idarə olunmasına problem yaradır, onu parçalayır. Fələstini Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”, Yəməndə husilər və başqa ölkələrdəki hadisələr buna nümunə sayıla bilər.

Suriyanın bir hissəsinə PKK terror qruplaşmasının qolları xarici havadarlarının dəstəyi ilə nəzarət edir. Bu o deməkdir ki, ölkənin həmin bölgələri mərkəzi hakimiyyətə tabe deyil. Belə bir şərait perspektivdə Suriyanın ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyinə təhdid mənbəyidir.

Türkiyə beynəlxalq ictimaiyyətdən PKK-nın Suriyadan çıxarılmasını istəyir. Almaniyanın xarici işlər nazir Annalena Berbok da Hakan Fidanla görüşdə deyib: “Suriyadakı kürd qruplaşmaları tərk-silah edilməli və Suriyanın yeni hökumətin təhlükəsizlik qüvvələrinə qatılmalıdır”.

Türkiyə Suriyadakı yeni hakimiyyətinə 300 minlik nizami ordu yaratmaqda kömək edəcək. Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman bildirib ki, məqsəd il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq:

“Yaradılacaq orduya İdlibdən "Həyat Təhrir əş-Şam" qruplaşmasının təxminən 40 min üzvü, Suriya Xalq Ordusunun 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşşar Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər, kəşfiyyat əməkdaşları daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir”.

Beləliklə, Türkiyənin aparıcılığı ilə yeni Suriya qurulur. Buna aşağıdakı amillər əsas ola bilər:

-Türkiyənin dünyəvi və demokratik olmaqla yanaşı, həm də islam dininin qorunduğu ölkədir;

-Cümhuriyyətin NATO üzvüdür;

- İqtisadiyyatı inkişaf edir;

-Ölkədə çoxsaylı etnik qruplar yaşayır;

-başqaları ilə müqayisədə qərb, Rusiya, İran, Çin, ərəb dövlətləri ilə normal münasibətlər var;

-Türk dövlətləri ilə əlaqələri yüksək səviyyədədir;

-Bir sıra münaqişəli məsələlərə uğurla vasitəçilik (Somali-Efiopiya, Rusiya-Ukrayna, Cənubi Qafqaz, Liviya və s.) edib, edir;

-Suriyanın ərazi bütövlüyünü və unitarlığını müdafiə edir;

-Bu ölkədə istənilən muxtar qurumun yaranmasını məqbul saymır;

-Türkiyə Suriya ilə həmsərhəddir;

-Başqa müsəlman ölkələrindən, o cümlədən ərəb dövlətlərindən fərqli olaraq Cümhuriyyət İsraili dövlət olaraq tanıyır və s.

İran isə bu ölkədən İsrailə və qonşu ölkələrə qarşı plasdarm, baza olaraq istifadə edirdi. Hətta, Suriyada bu istiqamətdə fəaliyyət göstərən müxtəlif silahlı qruplaşmaların yaranmasında aparıcı rol oynayırdı. Başqa sözlə, Tehran hakimiyyəti bu ölkədən öz mənafeyi üçün yararlanırdı.

Odur ki, İranın Suriyaya yanaşması ziddiyyətli, ziyanlı olub. Ona görə də beynəlxalq ictimaiyyət onu Tehrana deyil, Ankaraya üstünlük verib Cümhuriyyətin bu ölkədə varlığı qonşu dövlətlərin də təhlükəsizliyinə, onlarla əməkdaşlığına da yardım edəcək. Türkiyə qurucu, İran hakimiyyəti isə Suriyada dağıdıcı mövqedə olub.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri