Suriyada viza ödəniş sistemi fəaliyyətə başlayacaq
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikanın “Visa” şirkəti Suriya Mərkəzi Bankı ilə bu ölkədə ödəniş sistemini işə salmaq barədə razılığa gəlib.
Newscenter.az SANA-ya istinadən bildirir ki, bu barədə şirkət məlumat verib. Məlumata görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılması üçün yol xəritəsini təsdiqləyiblər.
Birinci mərhələdə əsas diqqət etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun yaradılması üçün lisenziyalı maliyyə institutları ilə işləmək olacaq. Buraya ödəniş kartlarının emissiyası və beynəlxalq standartlara uyğun rəqəmsal pul kisələrinin tətbiqi daxildir.
Qeyd edək ki, noyabr ayında Beynəlxalq Valyuta Fondunun missiyası Dəməşqə səfər edərək ölkənin maliyyə sektorunda islahatlar aparmaq üçün Suriyanın yeni hakimiyyət orqanlarına texniki dəstək göstərib. Fond ödəniş sisteminin modernləşdirilməsinə və Suriya tənzimləyicisinin aşağı və davamlı inflyasiyaya yönəlmiş siyasətləri həyata keçirmək imkanlarının bərpasına kömək etməyə hazır olduğunu bildirib.
Suriya bankları vətəndaş müharibəsi başlayandan faktiki olaraq qlobal maliyyə sistemindən kəsilib.
2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Əhməd əl-Şaraa başçılıq etdiyi yeni Suriya administrasiyası iqtisadiyyatı liberallaşdırmaq və beynəlxalq ictimaiyyətlə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bəyan edib. Bunun ardınca ABŞ, Böyük Britaniya və Aİ Suriyaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyaların əksəriyyətini ləğv edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiya banklarında ödəniş sistemi çöküb
26 Mart 2025 16:07
Gürcüstanın milli ödəniş sistemi olacaq
28 Mart 2025 11:58
Rusiya yeni ödəniş sistemi hazırlayır
14 Oktyabr 2025 15:34
İranda yeni ödəniş sistemi istifadəyə verildi
14 May 2025 16:42
Kartdankarta ödəniş sistemi nə qədər risklidir?
29 Noyabr 2024 19:13
Baxış sayı:54
Bu xəbər 05 Dekabr 2025 01:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















