Icma.az
close
up
RU
“Suriyada yeni hakimiyyət terror qrupları ilə güzəşt məsələsini müzakirə etməyəcək”

“Suriyada yeni hakimiyyət terror qrupları ilə güzəşt məsələsini müzakirə etməyəcək”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Suriyanın şimalında, yəni Türkiyənin cənub sərhədlərinə yaxın ərazidə PKK və YPG Türkiyə üçün daim çox ciddi təhlükəsizlik problemləri yaradıb və Türkiyə də həm İraq ərazisində, həm Suriyanın şimalında PKK və onun Suriya qolu olan YPG-yə qarşı aktiv mübarizə aparıb. Son olaraq da 30-dan çox terrorçu zərərsizləşdirilib. Burada diqqəti çəkən əsas məsələ ondan ibarətdir ki, Türkiyənin yeni Suriya hakimiyyəti ilə sıx dialoqu mövuddur. Türkiyənin Suriyadakı yeni hakimiyyət üzərində təsirləri də müşahidə olunmaqdadır. Bu isə o deməkdir ki, Suriyada yeni hakimiyyət PKK və YPG ilə hər hansı bir güzəşt məsələsini müzakirə etməyəcək. Bu, görünən məsələdir. Həmçinin Suriyanın şimalında PKK və YPG-ni ABŞ koordinasiya edirdi. Hətta şimal ərazilərindəki neft yataqlarına da terrorçu qruplaşma ABŞ ilə birlikdə nəzarəti həyata keçirirdi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

E.Mirbəşiroğlu əlavə edib ki, görünür ki, yenə də əvvəlki status-kvo vəziyyətinin saxlanılması ABŞ-dən gələn təlimat əsasında baş tutmaqdadır: “Şübhəsiz ki, ABŞ-nin PKK və YPG ilə əlaqələri qalmaqdadır və belə olan halda yenə də ABŞ PKK və YPG-yə Suriya ərazisində özünün istinad nöqtələrindən biri kimi baxır. Suriya ordusunda da PKK-nın korpusa sahib olma istəyi də hesab edirəm ki, təsadüfi deyil. Yəni bununla bu terrorçu dəstə özünün hərbi mövcudluğunu qoruyub saxlamaq istəyir”.

Politoloq hazırkı reallıqlar çərçivəsində buna imkan verilməyəcəyini, Türkiyə ərazisində PKK və YPG-nin fəaliyyəti üçün şərait olmayacağını vurğulayıb: “Suriyanın yeni hakimiyyətin PKK-nın irəli sürdüyü şərtləri müzakirə etməməsi, qeyd-şərtsiz silahları yerə qoyması və liderlərinin də ölkəni tərk etməsi tələbi bir daha bunu sübut edir. Ayrıca olaraq da Türkiyə də bu məsələni öz nəzarətində saxlayır. Ona görə də Türkiyənin cənub sərhədlərində həqiqətən də terror təhlükəsi aradan qalmış olacaq. Düşünürəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məhz buna işarə edərək bildirmişdi ki, terror məsələsi Türkiyə üçün bağlanacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Yanvar 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri