Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Suriyada yeni mərhələ: xaos və terror təhdidi

Suriyada yeni mərhələ: xaos və terror təhdidi

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın yeni hökumətinin PKK terrorçularından silahı yerə qoymaq tələbi müqabilində terror təşkilatı ordunun tərkibində diviziya və ya korpus şəklində hərbi birlik, Suriyadakı neft yataqlarının 50 faizini istəyib. Ancaq hökumət bu şərtlərlə razılaşmayıb və PKK-nın silahı yerə qoyacağı tələb edilib. Həmçinin bildirilib ki, terror təşkilatı daxilində suriyalı olmayanlar ölkəni tərk edəcək, sayları 20-yə yaxın olan idarə heyətinin üzvləri isə Almaniya, İsveçrə və ya Belçikaya gedəcək.

Eyni zamanda Türkiyə Suriyada terrora yer olmayacağı ilə bağlı prinsipial mövqe ortya qoyub. Belə olan halda Suriyada proseslər necə inkişaf edə bilər?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırmağa çalışıb.

“PKK-ya yeni Suriyada yer yoxdur”

Politoloq Telman Nüsrətoğlu bildirib ki, PKK terror təşkilatı daha çox imperialistlərin bölgə ilə bağlı hesablarının bir parçasıdır: “Yəni bu təşkilat ABŞ-nin, Qərb dünyasının, İsrailin proksi gücü olaraq görülməlidir. Onlar əsasən də Türkiyənin ərazi bütövlüyünü təhdid altına salmaq, Yaxın Şərqdə yeni xaos planları icra etmək üçün bu cür terror təşkilatlarından istifadə etdilər”.

O əlavə edib ki, ancaq yeni dövrün Yaxın Şərqdə dominant, birləşdirici gücü Türkiyədir: “Türkiyə tələblərini açıq şəkildə ortaya qoyub. Türkiyə bildirir ki, PKK-ya yeni Suriyada yer yoxdur. Silahları təcili təhvil verməlidirlər. Diviziya və ya kompakt bir terror qrupunun Suriya ordusunun tərkibinə keçirilməsi kimi tələblər ortaya qoyulmamalıdır. Bu ola bilməz. Vahid unitar bir Suriya dövlət quruluşu gələcəkdə davam etməlidir. Türkiyənin də, yeni Suriya hakimiyyətinin də tələbi bundan ibarətdir”.

“Terror qruplaşmaları ləğv ediləcək”

T.Nüsrətoğlu vurğulayıb ki, PKK-nın arxasındakı qüvvələr anlamalıdırlar ki, artıq geosiyasi vəziyyət dəyişib, onlar terror təşkilatını himayə edərək heç bir yerə vara bilməyəcəklər: “Türkiyə artıq tələblərini ortaya qoyub. Könüllü şəkildə təhvil verməsələr, yeni Suriya hökumətinin və Türkiyənin birgə həyata keçirəcəkləri əməliyyatlarla o terror qruplaşmaları Suriyada ləğv ediləcək. Bunun başqa bir yolu yoxudr. Qərb ölkələri indiyədək terror qruplarından Türkiyəyə qarşı istifadə ediblər. Bir tərəfdən Türkiyənin NATO müttəfiqi kimi gördüklərini bəyan edib, digər tərəfdən də Türkiyənin ərazi bütövlüyünə, milli təhlükəsizliyinə təhdid yaradan bu cür qrupları himayə etməyə çalışıblar. Artıq yeni dövrdə bu, mümkün olmayacaq və Qərb də Türkiyənin Yaxın Şərq, Balkan, Orta Asiya, Qafqaz coğrafiyasında dominant bir güc olduğunu qəbul etmək məcburiyyətində qalacaq”.

“Suriyada yeni hakimiyyət güzəşt məsələsini müzakirə etməyəcək”

Politoloq Elşad Mirbəşiroğlu deyib ki, Suriyanın şimalında, yəni Türkiyənin cənub sərhədlərinə yaxın ərazidə PKK və YPG Türkiyə üçün daim çox ciddi təhlükəsizlik problemləri yaradıb və Türkiyə də həm İraq ərazisində, həm Suriyanın şimalında PKK və onun Suriya qolu olan YPG-yə qarşı aktiv mübarizə aparıb: “Son olaraq da 30-dan çox terrorçu zərərsizləşdirilib. Burada diqqəti çəkən əsas məsələ ondan ibarətdir ki, Türkiyənin yeni Suriya hakimiyyəti ilə sıx dialoqu mövuddur. Türkiyənin Suriyadakı yeni hakimiyyət üzərində təsirləri də müşahidə olunmaqdadır. Bu isə o deməkdir ki, Suriyada yeni hakimiyyət PKK və YPG ilə hər hansı bir güzəşt məsələsini müzakirə etməyəcək. Bu, görünən məsələdir. Həmçinin Suriyanın şimalında PKK və YPG-ni ABŞ koordinasiya edirdi. Hətta şimal ərazilərindəki neft yataqlarına da terrorçu qruplaşma ABŞ ilə birlikdə nəzarəti həyata keçirirdi”.

“Terrorçu dəstə özünün hərbi mövcudluğunu saxlamaq istəyir”

E.Mirbəşiroğlu əlavə edib ki, görünür, yenə də əvvəlki status-kvonun saxlanılması ABŞ-dən gələn təlimat əsasında baş tutmaqdadır: “Şübhəsiz ki, ABŞ-nin PKK və YPG ilə əlaqələri qalmaqdadır və belə olan halda yenə də ABŞ PKK və YPG-yə Suriya ərazisində özünün istinad nöqtələrindən biri kimi baxır. Suriya ordusunda da PKK-nın korpusa sahib olma istəyi də hesab edirəm ki, təsadüfi deyil. Yəni bununla bu terrorçu dəstə özünün hərbi mövcudluğunu qoruyub saxlamaq istəyir”.

Politoloqun sözlərinə görə, hazırkı reallıqlar çərçivəsində buna imkan verilməyəcək, Türkiyə ərazisində PKK və YPG-nin fəaliyyəti üçün şərait olmayacaq: “Suriyanın yeni hakimiyyətinin PKK-nın irəli sürdüyü şərtləri müzakirə etməməsi, qeyd-şərtsiz silahları yerə qoyması və liderlərinin də ölkəni tərk etməsi tələbi bir daha bunu sübut edir. Ayrıca olaraq da Türkiyə də bu məsələni öz nəzarətində saxlayır. Ona görə də Türkiyənin cənub sərhədlərində həqiqətən də terror təhlükəsi aradan qalmış olacaq. Düşünürəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məhz buna işarə edərək bildirmişdi ki, terror məsələsi Türkiyə üçün bağlanacaq”.

“Onlar hərbi və iqtisadi gücə malik olmaq istəyirlər”

Politoloq İlham İsmayıl qeyd edib ki, bütün bu tələblər göstərir ki, onlar Suriyadakı kürd azlığının mövqelərini, hüquqlarını qorumaq adı altında hərbi və iqtisadi gücə malik olmaq istəyirlər. İ.İsmayıl əlavə edib ki, bu gücə malik olmaq isə Suriya hakimiyyətinə şərik olmaq deməkdir: “Ona görə də bunun qəbul olunması mümkün deyil. Təsəvvür edin ki, onlar neft ehtiyatlarının 50 faizini istəyirlər. Yəni onların həm hərbi, həm iqtisadi gücə malik olması Suriyanın parçalanması deməkdir. Ona görə də bu, qəbul olunan deyil”.

Onun sözlərinə görə, bu, bir daha göstərir ki, PKK qlobal güclərin əlində bir alətdir, eyni zamanda, PKK-nı milli mənafeyindən daha çox, hərbi və iqtisadi güc, maddi məsələlər, hakimiyyət düşündürür: “Ona görə də bu, qəbul olmayacaq. Hesab edirəm ki, həm Türkiyənin, həm də Suriyanın yeni hökumətinin təzyiqi ilə bu tələblərin heç biri baş tutmayacaq. Əgər savaş çıxarsa, PKK-nın oradakı törəmələri YPG, PYD məğlub olacaq. Hesab edirəm ki, ABŞ-də Tramp səlahiyyətlərinin icrasına başlayanda məslələlər öz həllini tapacaq”.

“Türkiyə həmin bölgəni radikal kürd qruplaşmalarından təmizləmək istəyir”

Politoloq Sultan Zahidov bildirib ki, Suriyanın şimal şərqindəki neftlə zəngin ərazilər YPG-nin nəzarətindədir: “Həmin qruplaşmaları ABŞ dəstəkləyir. Hətta Blinkenin bu mövzuda Türkiyəyə səfəri çərçivəsində həm Rəcəb Tayyib Ərdoğanla, həm də Hakan Fidanla danışıqları olmuşdu. Düşünürəm ki, burada ABŞ və Türkiyə arasında müəyyən maraq ziddiyyətləri mövcuddur. Türkiyə açıq şəkildə həmin bölgəni terror qruplaşmalarından təmizləmək istəyir. ABŞ isə həmin qruplaşmaların orada qalmasına çalışır. Çünki ABŞ-nin Suriyadakı əsas proksi qüvvələri məhz Suriya demokratik gücləri və YPG qruplaşmalarıdır”.

“Əsas maneə YPG qruplaşmalarıdır”

S.Zahidov eləcə də qeyd edib ki, Suriya rəhbərliyinin tələbi ondan ibarət olub ki, YPG silahı yerə qoysun: “Çünki bir ölkənin rejim dəyişikliyindən sonra əsas məqsədi ölkənin ərazi bütövlüyünün tam şəkildə təmin olunmasıdır. Bu yolda da əsas maneə YPG qruplaşmalarıdır. Çünki onlar Suriyanın şimal şərqindəki əraziləri hələ də nəzarət altında saxlayırlar. Bu danışıqlarda qarşı tərəfin əslində absurd şərtləri irəli sürülüb. Neft yataqlarının 50 faizini istəyiblər, eyni zamanda, ordu daxilində bir korpus və ya diviziyaya malik olmaq istəyiblər. Bunlar kifayət qədər absurd tələblərdir. Heç bir halda Suriya hökuməti bu tələblərlə razılaşa bilməzdi. Belə olan halda danışıqlar dalana dirənib. Digər tərəfdən biz ABŞ-nin basqılarını görürük. ABŞ heç bir halda bu qruplaşmaların silah gücü ilə təmizlənməsini istəmir”.

“Heç bir dövlət belə bir şərtlə razılaşa bilməz”

Politoloq həmçinin Türkiyə və ABŞ arasında da danışıqlar getdiyini qeyd edib: “Amma Türkiyə istənilən halda öz mövqeyini qətiyyətli şəkildə irəli sürdü. Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də dedi ki, onlar ya silahı yerə qoyacaqlar, ya da məhv olacaqlar. Başqa seçimləri yoxdur. Belə olan halda Suriya hökuməti də maksimum şəkildə çalışacaq ki, öncə danışıqlar yolu ilə həmin qruplaşmaları silahı yerə qoymağa vadar etsin. Ancaq bu şərtlə ki, həmin qruplaşmaların dediyi tələblər heç bir halda yerinə yetirilə bilməz. Onlar deyir ki, neft yataqlarının 50 faizi onların nəzarətində qalsın. Bu isə ölkə suverenliyinə ziddir və heç bir dövlət belə bir şərtlə razılaşa bilməz”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri