Icma.az
close
up
RU
Suriyadakı proseslər Türkiyə İsrail qarşıdurmasına aparan bir yoldur AÇIQLAMA

Suriyadakı proseslər Türkiyə İsrail qarşıdurmasına aparan bir yoldur AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanların aktual mövzularından biri İsrail və Suriya arasında olan gərgin vəziyyətdir. Amerika mətbuatının yazdığına görə, ABŞ, İsrail və Suriya arasında görüş keçiriləcəyi gözlənilir.

Belə bir görüş keçirilərsə, hansı razılaşmalar əldə oluna bilər?

Redaktor.az-a mövzu ilə bağlı danışan politoloq Natiq Miri bildirdi ki, görüşün keçirilməsi istisna olunmur:

"Çünki problemi danışaraq həll etmək sadəcə İsrailin istəyi deyil, həm də Amerika Birləşmiş Ştatlarının istəyidir. Və bu prosesdə qardaş Türkiyə də ciddi iştirak edir. Belə bir görüşün daha çox Azərbaycanda həyata keçiriləcəyi gözlənilir. Hətta bu yöndə konkret məlumatlar da var. Yəni Azərbaycan Suriya-İsrail arasında danışıqları Bakıda təşkil edə bilər. Bilirsiniz ki, qısa müddətli də olsa atəşkəs təmin olunub. Bu atəşkəsdən istifadə edərək tərəflər arasında masada oturmaq, danışmaq və anlaşmağa ehtiyac var. Çünki müxtəlif iddialar var və bu iddiaların içərisində İsrailin süni şəkildə tətiklədiyi kürd, yəni Suriyanın şimalında olan PKK terrorçularının Suriya qolu olan YPG, SDG, guya Suriya demokratik qüvvələri adı altında fəaliyyət göstərən terrorçular, eyni zamanda druzlar, Latakiyada o bölgələrdə yaşayan ələvilər problemi var ki, bu məsələlər müzakirə olunmalıdır. Çünki məhz bu etnoslardan istifadə olunaraq aranı qarışdırmaq və ölkədə yenidən vətəndaş müharibəsini tətikləmək və nəticə etibarilə Suriyanı bölmək, parçalamaq istəyi var. Təbii ki, Suriyanın yeni hökuməti bununla razı deyil. Eyni zamanda qardaş Türkiyə buna imkan verilməyəcəyini bəyan edir".

Politoloq vurğuladı ki,  Amerika Birləşmiş Ştatları prosesin içərisindədir və Türkiyə hər vasitə ilə ABŞ rəhbərliyinə bu yöndə təsir, həmçinin xəbərdarlıqlar edir.

"Ona görə İsrail-Suriya görüşləri artıq bir məcburiyyət xarakteri daşıyır. Çünki İsrailin istədiyi vaxt bu cür təcavüzkar davranması İsraildə sabitliyi pozur. Bu sabitliyin pozulması sadəcə Suriya üçün deyil, Türkiyə üçün də böyük təhlükələr yaradır. Ona görə də nəticə etibarilə İsrailin bu cür sərhədsiz davranışları Türkiyənin prosesə hərbi cəhətdən ciddi müdaxiləsinə yol açır ki, nəticə etibarilə bu, Türkiyə-İsrail qarşıdurmasına aparan bir yoldur. Təbii ki, regionda bunu istəyən qüvvələr var və bunların başında Rusiya, İran kimi dövlətlər durur. O baxımdan, bəli, belə bir görüş zərurətə çevrilib və düşünürəm ki, ola bilsin qısa müddətdə məhz Azərbaycanın təşkil etdiyi və məkan olaraq imkan yaratdığı Suriya-İsrail danışıqları yenidən paytaxt Bakıda başlaya bilər. Konkret nəticələr nə olacaq? Açığı burada siyasi nəticələr bir görüşlə həll olunacaq bəsit məsələlər deyil. Ona görə də burada kompleks məsələlər həll olunur və təbii ki, prosesin içərisində dolayısıyla Türkiyə və Türkiyənin geosiyasi maraqları var. Bu baxımdan sadəcə görüşmək özü müsbət bir haldır ki, ən azından problemin həlli yolları axtarılır. Düşünürəm ki, hansısa görüş, hansısa mərhələdə ortaq nöqtələr tapıla və bu atəşkəsi daimi etməyə imkan yaradıla bilər. Yəni bu imkanlar var. Bəzi həqiqətlərii sadəcə İsrailin şovinist rəhbərliyi nə qədər tez anlasa, bir o qədər bölgədə, regionda sülh bərqərar olacaq. Çünki bölgədə aranı qarışdırmaq istəyən çox ölkələr var ki, bunların da başında İran durur", - deyə N.Miri əlavə etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri