Icma.az
close
up
RU

Suriyadakı son vəziyyət: Həmanı Homsa birləşdirən körpü bombalanıb

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Suriyada Heyət Təhrir əş-Şamın rəhbərlik etdiyi rejimə qarşı qüvvələr Həma şəhərini də nəzarətə götürüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Əsəd rejimi 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Həma üzərində nəzarəti itirib.

Müxalifətin növbəti hədəfi Homsdur.

Şərh edilir ki, Əsəd rejimi Humusu itirərsə, onun hakimiyyəti təhlükə altında olacaq.

Son məlumata görə, Həmanı Homsla birləşdirən körpüdə Rusiya təyyarələri tərəfindən hava hücumu həyata keçirilib.

Rejim əleyhinə silahlı qruplar həmçinin Həmanın şimal-şərqində rejim ordusunun 66-cı Hava Hücumundan Müdafiə Briqadasını, oradakı hava hücumundan müdafiə sistemlərini və müxtəlif hərbi sursatları ələ keçirib.

Bəşər Əsəd rejiminə qarşı olan qruplar Həmanın şərqindəki Hursan Artilleriya Korpusunu və şəhərin şimal-şərqindəki Əl-Hamra sursat anbarlarını da ələ keçirib.

Rejim əleyhdarı qüvvələr Həmadan sonra Homsu ələ keçirməyi hədəflədiklərini açıqlayıblar.

Homs Həmadan 40 kilometr cənubda yerləşir.

Humusun ələ keçiriləcəyi təqdirdə Əsəd rejiminin paytaxt Dəməşqlə sahilyanı bölgələrlə əlaqəsinin kəsiləcəyinə diqqət çəkilir.

Şərh edilir ki, Homs süqut etsə, Bəşər Əsədin hakimiyyəti təhlükə altında olacaq.

Homsda şəhəri Həma və şimaldakı bölgələrlə birləşdirən Resten magistral körpüsü bombalanıb. 

Bölgədən gələn xəbərlərə görə, kritik körpü Rusiya təyyarələri tərəfindən hədəfə alınıb.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu körpüyə hücumun rejim əleyhinə qüvvələrin irəliləyişini ləngitmək üçün edildiyini açıqlayıb. 

Sözügedən körpü iki əyaləti quru yolu ilə birləşdirən ən mühüm keçid məntəqələrindən biri kimi tanınır.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri