Suriyadakı son vəziyyət: Qolani Əsədin sarayında müsahibə verib
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyada yeni hökumətin qurulması səyləri davam edərkən, HTS lideri Muhamed Al Golani devrilmiş lider Əsədin sarayında BBC-yə danışıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyaya qarşı sanksiyaların aradan qaldırılması lazım olduğunu bildirən Qolani HTŞ-nin terror təşkilatları siyahısından çıxarılmasını tələb edib.
ABŞ dövlət katibi Antoni Blinken Suriyanın parçalanması riskinin hələ də qaldığını bildirib.
HTŞ lideri onların terror təşkilatları siyahısından çıxarılmasının lazım olduğunu da təkrarlayıb.
Bəşər Əsədin keçmiş sarayında İngilis yayımçısı BBC-yə danışan Şəra, Qərbin tətbiq etdiyi sanksiyaların köhnə rejimə qarşı olduğunu ifadə edərək, “Məzlum və zalımla eyni rəftar edilməməlidir” deyib.
Suriya xalqının müharibədən bezdiyini və özlərini Əsəd rejiminin qurbanı kimi gördüklərini bəyan edib. Şara Suriyanı Əfqanıstanın fərqli bir versiyasına çevirməyə çalışdığına dair iddiaları da rədd edib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















