Icma.az
close
up
RU
“Suriyadakı vəziyyətdən iki çıxış yolu var...”

“Suriyadakı vəziyyətdən iki çıxış yolu var...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırkı silahlı qarşıdurmalar Suriyadakı yeni hökumətin qarşılaşdığı ilk gərginlik, ilk sınaqdır. Bundan uğurla çıxa biləcəksə, əş-Şaraa iqtidarı sözügedən iki variantdan birini həyata keçirməklə dövlətçiliyi və ölkədə sabitliyi qoruyub saxlaya biləcəkdir. Yox, əgər...”

Suriyada yeni hökumət qüvvələri ilə devrilmiş və Putinə sığınmış diktator Bəşər Əsəd tərəfdarları arasında bəzi məlumatlara görə, 2 minə yaxın mülki və hərbi insanın həlak olmasıyla müşayiət olunan durum ölkədə hərbi-siyasi gərginliyə səbəb olub. Son məlumatlara görə, əş-Şaraa hökuməti, Müdafiə Nazirliyi keçmiş prezident  tərəfdarlarına qarşı hərbi əməliyyatın başa çatdığını açıqlasa da, hələ də gərginliyin qaldığı hiss edilir.  Görəsən,  bundan sonra hadisələr necə inkişaf edəcək? Rusiya və İran kəşfiyyatlarının  Bəşər Əsədin Moskvaya qaçırdığı milyardların da vasitəsilə müxalif qüvvələrə gizli yollarla dəstək verməsi və müqavimətin daha da genişlənməsi mümkündürmü?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:

“Suriyada hadisələrin hansı istiqamətdə gedəcəyi məlum deyil. Orada müxtəlif ölkələrin çox ziddiyyətli maraqları kəsişir. Bir tərəfdə Amerikanın, Avropanın, İsrailin digər tərəfdə Türkiyənin maraqları... Başqa bir tərəfdə isə İran və Rusiya geri çəkilib məğlubiyyətlərini etiraf etmək istəmirlər.  Ölkənin daxilində də cürbəcür xarici qüvvə və mərkəzlərə xidmət edən  təxrubatçı qruplar, həmçinin silahlı qruplaşmalar mövcuddur. Onlara siqnal gələn kimi hərəkətə keçirlər... 

Bizim üçün ən vacibi odur ki, Suriyada türkmən əhalisinin təhlükəsizliyi təmin olunsun. Bu haqda Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan da öz mövqeyini ortalığa qoyubdur. Ölkədəki təxribatçı və silahlı qruplaşmalar əsasən Latakiya, Tartus və Homs əyalətlərində toplaşıb. Elə son silahlı toqquşmalar da həmin ərazilərdə oldu. Orada isə İslamın ələvi məzhəbinə məxsus müsəlmanlar yaşayır. Onların isə əksəriyyəti bizim soydaşlarımız olan türkmənlərdir. Sosial şəbəkələrdə son qarşıdurmalar zamanı ələvilərə qarşı amansız rəftarı göstərən çoxsaylı videolar yayılıb... 

Vəziyyətdən iki çıxış yolu var. Ya gərək əş-Şaraanın qurduğu mərkəzi hökumət öz hakimiyyətini möhkəmləndirsin. Həmin hökumətin də əsas dayağı Türkiyədir. Türkiyə də müəyyən hərbi dəstəyi verir, gərəkli əməliyyatlar həyata keçirilir. Bununla belə, Suriyada “PKK” tərəfdarları və İranın proksi qüvvələri sabitliyi pozmağa çalışır. Təbii ki,  Rusiya da özünün sovet dövründən bəriki tarixi maraqlarını qorumağa, orada hələ də qalan hərbi bazası vasitəsilə təsir gücünü, az da olsa, bərpa etməyə çalışır. Sözsüz ki, Əsəd də Moskvaya əliboş gəlməyib, bəzi məlumatlara görə, Suriyadan on milyardlarla dollar pul çıxarıb. Bundan əlavə, bir sıra xarici hesablarda da gizli vəsaitləri var. Və təbii ki, o da əlindəki vəsait və vasitələrdən istifadə etməklə keçmiş ölkəsində nəyəsə nail olmağa cəhd göstərə bilər. Amma məsələ ondadır ki, son nəticədə bu qaçaq prezident nəyə nail ola bilər ki... Yəni Əsəd  doğrudanmı düşünür ki, onun bundan sonra hansısa formada yenidən Suriyada hakimiyyətə qayıtması mümkündür? Zənnimcə, bu, ağılsızlıq olardı. Sadəcə, Putin ona sığınacaq verdiyinə görə Əsəd öz pullarından Suriyada təxribatlar yaratmaq üçün xərcləməyə məcburdur. Putinin də istəyi, dediyim kimi, oradakı təsir imkanlarını müəyyən dərəcədə saxlasın. Çünki  Suriya Yaxın Şərq regionunda Rusiyanın yeganə mövqeyidir və oradan tamamilə çıxarsa, regionda təsir imkanlarını tamamilə itirəcək. Onsuz da gec-tez oradan çıxmağa məcbur olacaq, amma yenə də qalmaq üçün müəyyən cəhdlər edirlər. Hesab edirəm ki, Suriyada İran daha çox fəaldır. Və o, Əsədin pulları-filanı vasitəsilə deyil, orada onillərlə formalaşdırıdığı dayaqlarının, proksi qüvvələrinin hesabına fəaldır. 

Xülasə, Suriyada yaranmış böhranın həllinin iki yolu var. Ya öncə dediyim kimi, əş-Şəraa hakimiyyəti möhkəmlənməldir. Amma bunun ehtimalı azdır, çünki müqavimət göstərə bilən xeyli qüvvələr var. İkinci yol isə ondan ibarətdir ki, əsasən xarici güc mərkəzlərindən idarə edilən həmin müqavimət göstərən qüvvələr də hakimiyyətdə təmsil olunmalıdır.  Yəni İraqda, Liviyada olduğu kimi o qüvvələr arasında hakimiyyət bölgüsü aparılmalıdır. Düzdü, bu hal dövləti zəiflədəcəkdir, ancaq müəyyən dərəcədə ölkədə sabitliyin qorunmasına kömək edəcəkdir. Fikrimcə, ikinci variant daha real və optimal görsənir. 

Və onu da vurğulamaq gərəkdir ki, hazırkı silahlı qarşıdurmalar Suriyadakı yeni hökumətin qarşılaşdığı ilk gərginlik, ilk sınaqdır. Bundan uğurla çıxa biləcəksə, əş-Şaraa iqtidarı sözügedən iki variantdan birini həyata keçirməklə dövlətçiliyi və ölkədə sabitliyi qoruyub saxlaya biləcəkdir. Yox, əgər müqavimət göstərən qüvvələr yerində oturdulmayacaqsa, onlar özlərini məğlub edilməmiş hiss edəcək və daha da ümidlənərək bir müddət sonra yeni hücumlara əl atacaq və ölkədə vəziyyət daha da gərginləcəcək. Və bu halda Suriya daha ciddi hərbi-siyasi böhranla üz-üzə qala bilər...” 

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri