Suriyadakı vəziyyətin İsrailə mümkün təsiri Netanyahu kəşfiyyatla nələri danışdı?
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Baş naziri Benyamin Netanyahu ölkə kəşfiyyatı ilə Suriyadakı son vəziyyəti müzakirə edib.
Globalinfo.az xəbər verir ki, məlumatı “Times of İsrael” yayıb.
Qəzet yazır ki, Suriyadakı vəziyyət İsrailə qısamüddətli perspektiv fayda və potensial problemlər yarada bilər.
“Times of İsrael”in kəşfiyyatdakı mənbəsi İsrailin hadisələri diqqətlə izlədiyini bildirib.
Son döyüşlərin İranın Suriyadakı infrastrukturunu zədələdiyi, buna görə də Hizbullahın Əsədi qorumaq üçün döyüşlərə qatılacağı vurğulanıb:
“Kəşfiyyat rəhbərləri qeyd ediblər ki, son hadisələr pozitiv görünür. Lakin onlar xəbərdarlıq ediblər ki, Əsəd rejiminin çöküşü xaos yaradacaq və bu da İsrail üçün hərbi təhdidlər formalaşdıracaq”.
Suriyadakı hadisələr fonunda Ərəb Dövlətləri Liqası da açıqlama yayıb. Liqa Prezident Bəşər Əsədi dəstəklədiyini bildirib. Əsədə dəstək verənlər sırasında PKK-ya bağlı YPG terror təşkilatı da yer alıb. O, Suriya Azadlıq Ordusu ilə savaşa daxil olub.
Qeyd edək ki, Suriyada son bir həftədə vəziyyət gərginləşib. Türkiyə dəstəkli Suriya Azadlıq Ordusu Hələb şəhərinə nəzarəti ələ keçirib. Həmçinin hadisələr fonunda Dəməşqdə Əsədin devrilməsinə cəhdlərin edildiyi qeyd edilib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















