Suriyadan 7 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
17 sentyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.
Bu barədə APA-ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.
Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.
Məsələ Ombudsmanın nəzarətində saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















