Icma.az
close
up
RU
Suriyadan gətirilən azərbaycanlı uşaqların sonrakı aqibəti Komitədən AÇIQLAMA

Suriyadan gətirilən azərbaycanlı uşaqların sonrakı aqibəti Komitədən AÇIQLAMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Suriya ərazisində yerləşən düşərgələrdəki azərbaycanlı uşaq və qadınların ölkəmizə repatriasiyası son illər dəfələrlə həyata keçirilib. Azərbaycan Respublikasının vətəndaşları olan həmin uşaq və qadınlar vaxtilə Suriya ərazisinə müxtəlif yollarla gediblər. Bəs ölkəmizə gətirilən həmin şəxslərin sonrakı aqibəti necə olur? Valideynlərini itirən uşaqlar kimin yanına verilir?

Modern.az mövzu ilə bağlı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ildən etibarən bu sahədə aktiv fəaliyyəti var:

“İraq və Suriyadan gətirilən vətəndaşlarımıza yardım göstəririk. Azərbaycan Respublikası uşaqları ölkəyə gətirir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onlara müvafiq yardım göstərir. Uşaqlar gətirilməzdən əvvəl Xarici İşlər Nazirliyi tərəfindən bizə müvafiq siyahılar təqdim olunur. Bu siyahılar əsasında komitə işinə başlayır. Regionlarda, Bakıda yaşayan ailələr araşdırılır, vəziyyətləri barədə məlumat toplanır. Ailələr maddi və mənəvi cəhətdən tam şəkildə araşdırıldıqdan sonra rayon icra hakimiyyətlərinin komissiyalarına məktubla müraciət edilir. Bundan sonra repatriasiya olunan uşaqların harada yerləşdiriləcəyi ilə bağlı cavab məktubu göndərilir”.

Verilən məlumata görə, bu proses başa çatdıqdan sonra uşaqlar Azərbaycana gətirilir:

“Bu zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin koordinasiyalı fəaliyyəti ilə müvafiq qurumlar həmin uşaqlarla iş aparır. Uşaqların sənədlərinin hazırlanması, sağlamlığı, təhsili ilə bağlı məsələlər həmin qurumlar tərəfindən həll edilir. Qanunvericiliyimizdə xaricdə yaşayan vətəndaşların repatriasiyası öz əksini tapıb”.

Sonda qeyd edilib ki, gətirilən uşaqlar arasında valideynlərini itirənlərin əksəriyyəti digər yaxın qohumlarına təhvil verilir:

“Həmin uşaqların çoxu ilk növbədə nənə və babalara verilir. Əvvəlcədən DNT testi nəticəsində qohumluq sübut edildikdən sonra həmin uşaqlar yaxın qohumlarının himayəsinə də verilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri