Icma.az
close
up
RU
Suriyadan sonra diqqət ora yönəldi Türkiyə ilə müharibə mesajı verildi

Suriyadan sonra diqqət ora yönəldi Türkiyə ilə müharibə mesajı verildi

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şərqi Aralıq dənizində balans Türkiyənin xeyrinə dəyişir. Ankara ilə Suriyada Əsəd rejimi devrildikdən sonra onu əvəzləyən yeni hökumət arasında sıx təmaslar var.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Hüseyn Akif Küçükal deyib.

Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyinin Şərqi Aralıq dənizində Türkiyə ilə ortaqlığı vəziyyəti fərqli istiqamətə yönələdəcək:

“Türkiyənin Misir, Suriya və Livanla yeni xüsusi iqtisadi zonalarla (XİZ) bağlı saziş imzalaması Yunanıstanı xeyli narahat edəcək. Bu səbəbdən Türkiyənin Şərqi Aralıq dənizində mümkün gedişlərinin qarşısını almaq üçün hər cür vasitəyə əl atmağa hazır görünürlər.

Məsələn, hərbi cəhətdən ABŞ və İsrailə arxalanırlar. Hazırda Yunanıstanın demək olar ki, bütün şəhərlərində ABŞ bazaları var. ABŞ layihədən çıxardığı Türkiyənin yerinə F-35-ləri Yunanıstana verdi. Amma 20 təyyarə 2028-ci ildə tədarük ediləcək. Yəni Türkiyənin KAAN-ı inventara əlavə etdiyi tarixdə. Həmçinin ona qədər Türkiyə ABŞ-dən sifariş etdiyi modernləşdirilmiş F-16-ları da alacaq. Bir sözlə, Türkiyə hava gücü və PUA texnologiyasındakı üstünlüyünü nəzərə alsaq, orta və uzunmüddətli perspektivdə donanması və hərbi imkanları ilə Yunanıstandan bir addım öndə olacaq.

Yunanıstan bu boşluğu aradan qaldırmaq üçün Avropa İttifaqında (Aİ) hava hücumundan müdafiə sahəsində tərəfdaş axtarsa ​​da, istədiyini tapa bilməyib. Bunun əvəzinə İsrailə yaxınlaşıb. Təl-Əviv Suriyada Türkiyəyə dəyənək göstərməyə çalışarkən, Aralıq dənizində də Ankaranın qarşısına çıxmaq fürsətini əldən vermək istəmir. Afina “Dəmir Günbəz” qalxanı üçün 2 milyard avro xərcləmək niyyətindədir”.

Akif Küçükal Qərbdən Yunanıstana hərbi dəstəyin davamlı olmayacağını düşünür:

“Məsələn, Panama, Kanada və Qrenlandiya məsələləri Trampın siyahısında Yunanıstandan öndədir. Əlbəttə, Afinanın sonu Dəməşq kimi olmayacaq. Çünki həm NATO ölkəsidir, həm də Qərbin mühüm müttəfiqidir.

Bununla belə, sözümü Yunanıstanın “Ta Nea” qəzetində dərc olunan məqalədəki bu ifadələrlə bitirmək istəyirəm:

“Yunanıstan silahlanma proqramına ciddi yanaşmadı, türklər isə çılğın silahlanma yarışına girişiblər. Yunanıstana qarşı tarazlıq dəyişib, bu, türkləri cəsarətləndirib. Müdafiəyə sərmayə qoymasaq, geri çəkilmək məcburiyyətində qalacağıq və ya müharibə dilemması ilə üzləşəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 11 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see241

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see171

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see166

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see160

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see158

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see156

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see149

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see149

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see147

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see141

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see140

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see138

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see137

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see136

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see133

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri