Icma.az
close
up
RU
Suriyadan sonra növbə İrana çatdı?

Suriyadan sonra növbə İrana çatdı?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Suriya həlledici bir regionda yerləşir. Suriya həm Türkiyə, həm İsrail, həm də  İraqla sərhəddir. İraq vasitəsilə İranın proksi qüvvələrinin də Suriyada olduğu hər birimizə bəllidir”.

Bunu Moderator.az-a açıqlamasında  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq xatırladıb ki, Qolan təpələri ilə bağlı məsələ uzun illərin mövzusudur və zaman -zaman Suriya və  İsrail arasında ciddi qarşıdurmaya gətirib çıxarıb:

"Bu gün isə Suriya ərazisində Əsəd  rejiminin çökməsindən sonra baş verəcək xaotik proseslərdən özünü qorumaq üçün  İsrail dövləti Qolan təpələrini nəzarətə götürməklə bufer zona yaratmaq istəyini həyata keçirir. 2011-ci ildə başlayan “Ərəb baharı” adı altında başlayan əməliyyat  Suriyada dayanmışdı. Suriya ilə bağlı razılıq əldə edilsə belə, bu razılığın  müvəqqəti olduğu  bəllidi idi. Artıq Əsəd rejimi çöküb və Suriyada bir neçə qarşıdurmada olan qüvvələr var. Nəzərə alaq ki, Türkiyə Suriya ilə  sərhədboyu ərazidə yerləşdiyinə görə Türkiyənin də Suriyada baş verən proseslərlə bağlı açıq mövqeyi var. Gələcəkdə Suriyada hansı rejimin olması məsələsi Türkiyə üçün ən önəmli amillərdən biridir. Uzun illər ərzində Türkiyə Suriya vasitəsilə terrorçuların hücumlarına məruz qalıb. Bu amiləri nəzərə alsaq, Suriyada çoxsaylı böyük maraqların toqquşduğunu deyə bilərik. Suriyada  Əsəd rejiminin çökməsi, yəni İrana yaxın olan rejimin çökməsi artıq İranın Həmasla quru ərazisindən əlaqələrinin kəsilməsinə gətirib çıxarır.  İsrail məhz həmin o proksi qüvvələri yox etmək üçün Suriyada bu rejimin çökməsindən yana idi. Suriyadan  keçməklə Türkiyə və Bolqarıstana gedəcək qaz kəmərinini çəkilməsi ilə bağlı məsələ var idi ki, buna Suriyanın  Əsəd rejimi mane olurdu. Bu layihə həm İranın, həm də Rusiyanın maraq dairəsində idi. Artıq o layihənin də qarşısını alacaq hər hansı bir qüvvə olmayacaq. Hər halda hər hansı bir layihənin reallaşması üçün ilk öncə Suriya ərazisində xaotik proseslərə son qoyulmalıdır  və stabil təhlükəsizlik şəraiti təmin edilməlidir. İndiki mərhələdə bunun reallaşması o qədər də rahat görünmür”.

X.Bəşirovun sözlərinə görə,  bu gün xaotik proseslərin baş verdiyi rejimin çökdüyü Suriyadan hər kəs öz payını qoparmağa çalışır:

“Suriya ilə quru sərhəddi olan dövlətlər gələcəkdə terrorçular üçün münbit şəraitin formalaşdığı bu bölgədə təhlükələrin  qarşısını almaq niyyəti ilə bu addımları atırlar. Yeni hökumətin parçalanmış Suriyanı bərpa etməsi  hazırkı mərhələdə o qədər real görünmür. Yeni hökümətə  dəstək lazımdır. Nəzərə alaq ki, bu gün Suriya ərazisində ayrı- ayrı terrorçu qruplaşmalar var.  Hazırda Suriyada iki dövlətin- İsrailin və Türkiyənin maraqları daha çoxdur. Türkiyə  sərhədboyu ərazilərini, o zamanlar Əsəd rejimi ilə mübarizə çərçivəsində Türkiyəyə qaçan milyonlarla qaçqının öz ölkəsinə qayıtması prosesini reallaşdırmağa çalışır. İsrail də təbii ki, Suriya vasitəsilə gələcəkdə  Hizbullah və Həmasın yenidən bu istiqamətdə dəstək almaması üçün əlindən gələni edir. 

Suriyanın şimal hissəsində İsrailin hər hansı bir marağı olacaqsa və yaxud Suriyanın cənub -qərb hissəsində Türkiyənin bir marağı olacaqsa, o halda  iki güc toqquşa bilər. İstənilən halda, hər hansı proses reallaşa bilər. Amma böyük miqyasda bunun reallaşacağını görmürəm. 

İsrailin İranla müharibə edə bilməməsinin əsas səbəblərindən biri də məsafə baxımından  uzaq olması idi. Çünki İsrailin əsas gücü qırıcı təyyarələr vasitəsilədir.  Qırıcı təyyarələrin də məsafə qət etməsi baxımından İranın uzaq olması amili bu əməliyyatlara mane olurdu. Gələcəkdə  yeni qarşıdurma olacaqsa, təbii ki, Qərb ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının bu məsələdə sərt təpkisi olacaqsa,  o halda Suriya ərazisindən İran- İsrailin qarşıdurmasının şahidi ola bilərik. Hələki Suriyada baş verən bu proseslərin fonunda bu reallaşması gözlənilmir, amma gələcəkdə  bu qarşıdumanın  də şahidi ola bilərik”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri