Suriyalı nazir: Rusiya ilə münasibətlər yeni mərhələyə qədəm qoyur
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Suriya xarici işlər naziri Əsəd əl-Şeybani bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı bildirib.
"Bu gün Rusiya-Suriya münasibətləri yeni mərhələyə qədəm qoyur", - deyə o qeyd edib.
Suriya xarici işlər naziri həmçinin əlavə edib ki, yeni Suriya "bütün dövlətlərlə balanslı münasibətlər qurmağa çalışır".
Əş-Şeybaninin sözlərinə görə, Dəməşq son bir ildə müxtəlif sahələrdə əhəmiyyətli uğurlar qazanıb. "Əvvəla, bu il 14 illik müharibənin sonu oldu. Son bir ildə əldə etdiyimiz ən vacib uğur Suriyaya qarşı sanksiyaların ləğvidir və biz hazırda onun yenidən qurulması üzərində işləyirik", - deyə o əlavə edib.
"Son bir ildə narkotiklərin yayılmasının qarşısını da ala bilmişik. İndi iş yerləri yaratmaq üçün iqtisadiyyata investisiya cəlb etməyə çalışırıq", - deyə Suriya xarici işlər naziri qeyd edib. "Bu, həm də ikitərəfli əməkdaşlığımızın mövzularından biridir", - deyə Əsəd əl-Şeybani bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















