“Suriyalılar böhranı özləri həll etməlidir” Tramp
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriya rəhbərliyi və xalqı böhranın öhdəsindən özləri gəlməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp"Paris Match" jurnalına verdiyi müsahibəsində bildirib.
Tramp qeyd edib ki, hazırda dünyada çoxsaylı böhranlar mövcuddur. Bunlardan biri də Suriyadakı çətin vəziyyətdir. Xüsusilə, bir neçə gün əvvəl bu ölkədə gərginliyin artması müşahidə olunub.
“Suriyalılar tamamilə özləri vəziyyəti həll etməli olacaqlar, çünki biz (ABŞ) və Fransa bu prosesdə iştirak etmirik”, - deyə Tramp vurğulayıb.
Suriya siyasi vəziyyətinin gərginləşməsi noyabr ayının sonlarında baş verib. Yerli müxalifətin silahlı qruplaşmaları daha aktiv fəaliyyətə başlayaraq, Hələbi və digər bir neçə yaşayış məntəqəsini nəzarət altına alıb, paytaxt Dəməşqə doğru irəliləyiblər.
Nuriyyə Musayeva
Baxış sayı:90
Bu xəbər 11 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















