Suriyalılar ölkələrinə qayıdır
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik Bəəs rejiminin devrilməsindən sonra ölkələrinə qayıtmağa davam edir.
Xalqcebhesi.az-ın Türkiyənin “ensonhaber.com” saytına istinadən məlumatına görə, Kilisdəki Öncüpınar Gömrük Qapısında sıxlıq yaşayan suriyalılar Könüllü Geri Dönüş Birliyindəki əməliyyatlarından sonra ölkələrinə gedir.
Öncüpınar Gömrük Qapısına gələn Rəcəb Hüseyn (23) ölkəsindəki vətəndaş müharibəsi səbəbilə 9 il əvvəl Türkiyəyə sığındığını bildirərək “Müharibə bitdi, ölkəmə qayıdıram. İçimdə hüzur var, Türkiyəyə çox təşəkkür edirəm” deyə əlavə edib.
8 il əvvəl Türkiyəyə sığınan Məhəmməd Şakir (28) də Əsəd rejiminin süqutundan sonra Suriyaya qayıtdığını və "Əsəd getdi, hər şey yaxşı oldu. Artıq orada heç nə qalmayıb, çox xoşbəxtəm" deyib.
Baxış sayı:146
Bu xəbər 26 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















