Suriyanın Hələb şəhərində sursat anbarında partlayış olub
Icma.az bildirir, Apa.az portalına istinadən.
Suriyanın Hələb şəhərinin cənubunda, əl-İys qəsəbəsi ətrafında Suriya ordusunun mövqelərindən birində güclü partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Partlayışların orduya məxsus silah və sursat anbarında baş verdiyi bildirilib. Davam edən partlayışlar səbəbindən xilasedicilərin hadisə yerinə çatmasında çətinlik yaranıb və əhaliyə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Hələb qubernatorluğu xəstəxanaların və təcili yardım qruplarının hazır vəziyyətə gətirildiyini açıqlayıb. Partlayışlardan sonra Dəməşq-Hələb beynəlxalq avtomobil yolu da bağlanıb.
Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər yaralanıb. Partlayışın dəqiq səbəbi hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 21 Sentyabr 2026 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















