Suriyanın Kimyəvi Silahlar Konvensiyasındakı imtiyazları geri qaytarıldı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının İcraiyyə Şurası Kimyəvi Silahlar Konvensiyasında nəzərdə tutulan imtiyaz və hüquqların Suriyaya qaytarılması barədə qərar qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsində rəsmi açıqlama yerləşdirlib.
Vurğulanır ki, bu addım Suriya rəhbərliyinin ölkənin kimyəvi arsenalı ilə bağlı məsələlərin həlli istiqamətində əldə etdiyi irəliləyişlər sayəsində mümkün olub.
Sözügedən qərar iyulun 7-dən 10-dək Haaqada keçirilən İcraiyyə Şurasının 112-ci sessiyası çərçivəsində verilib. Xatırladaq ki, may ayında Suriya hökuməti ölkədə kimyəvi silahların hazırlanması ilə bağlı şübhəli bilinən 18 nəfəri saxlamışdı. Həbs edilənlər arasında ali hərbi komandanlığın nümayəndələri, eyni zamanda bir sıra dövlət qulluqçuları və texniki işçilər də yer alırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 İyul 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















