Suriyanın müvəqqəti hökumətinə o rəhbərlik edəcək
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Məhəmməd əl-Bəşir Suriya keçid hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, əvvəllər Bəşər Əsədə tabe olan Nazirlər Şurasının və 2017-ci ilin noyabrında yaradılmış qondarma Qurtuluş Hökumətinin birgə iclasının yekununda bildirib.
“İclas devrilmiş rejimin hökumətindən işlərin müvəqqəti Suriya hökumətinə verilməsinə həsr olunub. O, martın 1-də başa çatacaq keçid dövründə dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək. Bizə 2025-ci il martın 1-dək Suriya hökumətinin işlərini idarə etmək tapşırılıb”, - o qeyd edib.
Digər tərəfdən, Məhəmməd əl-Bəşirə həvalə edilmiş Suriyanın müvəqqəti hökumətinin müddəti üç ay olacaq. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına ötən həftənin sonunda Dəməşq və ölkənin bir çox digər şəhərlərinə nəzarəti bərqərar edən Suriya müxalifətinin siyasi administrasiyasındakı mənbə bildirib.
O, müvəqqəti hökumətin prioritetlərinin təhlükəsizlik sektoruna nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Məhəmməd əl-Bəşir mərkəzi İdlibdə yerləşən Suriya Qurtuluş Hökumətinə rəhbərlik edirdi.
Baxış sayı:105
Bu xəbər 10 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















